adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Fevral 2018 13:03
11576
MƏMLƏKƏT
A- A+

Nazirlik sürüşmə zonalarında hazırkı vəziyyəti açıqladı - Təhlükəli yerlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublika ərazisində və Abaşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində aparılan müaşhidələrin nəticələrini açıqlayıb.

Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov ilkin olaraq, Abşeron yarımadasında Səbail, Xətai, Suraxanı, Yasamal, Sabunçu və Xəzər rayonlarında aktiv sürüşmə zonaları barədə məlumat verib:


Qurum rəsmisi deyib ki, Səbail rayonu, Bayıl sürüşmə sahəsində aparılan monitorinq işləri davam etdirilib. Quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında aktivlik qeydə alınmayıb. Badamdar sürüşmə sahəsində də aktivlik baş verməyib.


"Teleqüllə” sürüşmə sahəsində teleqüllədən 200-250 m cənub-şərqdə, torpaq qatında eni 0,1-1,0 m, görünən dərinliyi 5-6 metr, uzunluğu 60-70 metr olan çatlar qeydə alınıb. Ay ərzində prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb, ekspedisiya mütəxəssisləri tərəfindən ərazidə monitorinq işləri davam etdirilib.

Suraxanı rayonu, Zığ-1 sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub. Binəqədi rayonunda 1-ci mədən yaşayış sahəsində, həmçinin, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesi aktivləşib.

Abşeron rayonunda isə Masazır sürüşmə sahəsi, "Zəli gölü”, Nübar qəsəbəsində sürüşmə-çökmə, uçqun prosesinin dinamikasında aktivlik müşahidə edilib.

Subasma ərazilərində dinamika Sabunçu və Xəzər rayonlarında da qeydə alınıb”.

Ə.Qaralov deyib ki, Astara, Lerik və Lənkərandakı sürüşmə ərazilərində nisbi aktivlik müşahidə olunub:


"Lənkəran-Lerik yolunun 17-19, 27-29, 45-47-ci kilometrliklərində yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə edilib. Masallı, Cəlilabad rayonlarındakı sürüşmə sahələrində də nisbi aktivlik müşahidə olunub. Quba rayonunda aparılmış müşahidələr zamanı Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində aktivlik qeydə alınıb.

Şamaxı şəhəri, 48-A məhəlləsi-sürüşmə sahəsi üzərində qeydə alınmış çatların ölçülərində artım, sürüşmə sahəsində aktivlik müşahidə olunur. Bakı-Şamaxı avtomobil yolununun 106-111-ci kilometrliyində sürüşmə sahəsində uçqun-töküntü, axma tipli sürüşmə aktivləşib.

Bundan başqa, Bakı-Ağsu magistral avtomobil ylunun 132-156-cı kilometrliyində bir neçə yerdə yeni çökmə və oturma prosesləri müşahidə edilir”.(modern.az)