Adalet.az | Ədəbiyyat dərslik kimi ləğv olunmalıdır - SORĞU Adalet.az | Ədəbiyyat dərslik kimi ləğv olunmalıdır - SORĞU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Ədəbiyyat dərslik kimi ləğv olunmalıdır - SORĞU

13847    |   2018-02-07 13:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir çox dövrdə yazıçların əsərləri, adları dərsliklərə salınıb. Onların əsərləri təhsildə də öz yerini tapmışdır. Müstəqillik dövrümüzdən sonra çağdaş ədəbiyyatımızda bir neçə imzasını təsdiq etmiş yazıçlar var. Bəs bu yazıçılardan kimlər dərsliklərə daxil edilməlidir?

Adalet.az yazıçı, şairlərimizə sorğu ünvanlayıb - Çağdaş Azərbaycan ədəbiyyatının hansı yazıçıları dərsliklərə salınmalıdır?









Yazıçı Səfər Alışarlı: "Bizim dərsliklərdə problem çoxdur. Bəlkə də hansısa yazıçının adının ora düşməməsi orada mövcud olan konyunktura ilə müqayisədə bir o qədər ağrılı deyil. Biz hələ də bir cəmiyyət olaraq öz köhnə, dədə-baba yatağına doğru axan çay kimiyik. O yatağa qovuşanda belə şeylər haqqında ciddi danışmaq mümkün olacaq. İndi bizim həyatımızın böyük hissəsini müxtəlif xarakterli imitasiyalar təşkil edir. Ona görə də bu məsələlər o qədər önəmli görünmür.








Yazıçı Nəriman Əbdülrəhmanlı: "Dərsliklərə salınan çağdaş yazıçıların və mətnlərin başlıca olaraq şəxsi münasibətlər əsasında baş verdiyi məncə, heç kəsə gizli deyil. Dərsliklərdə elə müəlliflərə rast gəlirəm ki, qırx ildi ədəbi aləmdə olduğuma baxmayaraq, o imzaları tanımıram. Yaxud elə imzalar var ki, dərhal arxasında kimlərin dayandığını hiss eləyirsən. Belə hallar çox təəssüf doğurur. Dərslikləri hazırlayanlar gərək obyektiv olsunlar, çağdaş ədəbiyyatımızın dəyərli simalarını və dəyərli əsərlərini dərsliklərə salsınlar. Ümid eləyək ki, gələcəkdə bu sahədə yaxşılığa doğru dönüş yaranacaq.”




Şair Aqşin Yenisey: "Məndən olsa, ədəbiyyat bir dərslik kimi ləvğ olunmalıdır. Çünki hamı bilir ki, əsl ədəbiyyat heç vaxt dərsliklərdə öyrədilmir. Əksinə, ədəbiyyatın dərslik səviyyəsində təbliği yetişən cəmiyyətin zövqünü korlayır. Bu dərsliyin ucbatından bütün Azərbaycan xalqı elə bilir ki, Nizami Gəncəvi papaqçı ilə palançını tutuşdurduğu üçün böyük şairdir. Mən ümumiyyətlə, ədəbiyyat adlı dərsliyin əleyhinəyəm, istər klassiklər olsun, istər çağdaşlar.”




Yazıçı Şərif Ağayar: "Azərbycan dərsliklərinin Azərbaycan ədəbiyyatına dəxli yoxdur. Ona görə, ora düşmək lazmıdr, lazım deyil, əvvəl bunu müzakirə etmək lazımdır. Məncə, ədəbiyyata düşə bilməkdir önəmli olan. Dərsliyə düşüb-düşməmək vacib deyil. Pətəyində balın olsun, arısı gələr Bağdaddan...






Şair Ehtiram İlham: "Çağdaş qələm adamları içində kifayət qədər layiqli yazarlar var ki, onları həm orta, həm də ali məktəb dərsliklərinə salmaq olar və lazımdı. Yazıçılardan Saday Budaqlı, Nəriman Əbdürrəhmanlı, Eyvaz Əlləzoğlu, Şərif Ağayar, Əyyub Qiyas, şairlərdən Musa Yaqub, Məmməd İsmayıl, Ramiz Rövşən, Murad Köhnəqala, İbrahim İlyaslı, Salam Sarvan, Vasif Süleyman və başqalarını misal çəkmək olar.”





Yazıçı Kənan Hacı: "Müstəqillik dövrü ədəbiyatının ciddi imzaları mütləq dərsliklərə daxil edilməlidir. Afaq Məsud, Kamal Abdulla, Vaqif Bayatlı, Ramiz Rövşən, İlqar Fəhmi, Şərif Ağayar və digərləri.”











Ədəbiyyatşünas İradə Musayeva: "Məncə dərsliklərə sırf hansı müəllifi salmaq prinsipi deyil, hansı ədəbi nümunəni təqdim etmək, gənclikdə ədəbi-bədii, estetik zövq formalaşdırmaq üçün hansı əsəri salmaq? sualı qabardırmalıdır. Bizdə yaradıcılıq yox, şəxsiyyət təqdimatları adi hala çevrilib. Yəni, yazıçının həyatı, bütün yaradıcılıq xronolgiyası yox, gənclərin, məktəblilərin yaş psixologiyasına uyğun olaraq ədəbi nümunə təqdim olunmalıdır. Məsələn, mən əvvəl "Mumu” əsərini oxuyub, sonra onun müəllifini sevmişdim. Amma indi qəribə seçimlər edirlər. Bir dəfə dərslik polemikasında professor Pənah Xəlilovla müzakirə təşkil etmişdik. Bir əsərə irad bildirdik, o dərsliyə uyğun deyil. Pənah müəllim dedi ki, müəllifə zəng vurub soruşduq, dedi, bu əsərimi salın. Təəccübləndim. Axı dərslik tərtib etmək metodologiyasında, elmində "müəllifin arsuzu” deyilən bir maddə yoxdur, amma aruzladığım müəlliflər və əsərlər var. İstərdim ki, məktəblilər qoca, sovet ədəbiyyatı havasında böyüyüb, yaşayıb yaradan müəllifləri tanımasın ancaq. Cavan nəslin müəlliflərinin də üslubu, mövzu-ideya problematikası dərsliklərə, proqrmalara yol tapsın. Məsələn, Qarabağ haqqında o qədər ağlamalı, pafoslu şeirlər salırlar, amma Qarabağ insanının acılarını, taleyini, obrazını o qədər müəkəmməl bədiiləşdirən Şərif Ağayarın hekayələrini proqram materialı, dərslik mətni kimi təqdir etmirlər.”



Yazar Ayxan Ayvaz: "Mən hansısa bir yazıçının dərsliyə salınmasını istəmərəm. Çünki üumiyyətlə ədəbiyyatın dərslik çərçivəsinə salınmasına qarşıyam. Dərslik ədəbiyyat kimi azad, geniş üfiqləri olan bir sahəni daraldır. Mən ədəbiyyatın dərsliklərdə olmasını heç vaxt istəməmişəm. Hələ testlərə, imtahanlara düşməsinə də. Ədəbiyyatın dərsliyə salınması yazıçı-şairlərimizi bütləşdirməyə yarayır. O dərslik artıq Quran kimi müqəddəs kitaba çevrilir. Hamı ona istinad edir. Bir adam dərsliyə düşübsə deməli artıq o çox böyük zirvədir, ona toxunmaq olmaz. Ədəbiyyat isə bütün bu söhbətlərdən kənarda öz həyatını yaşayır. Mən öz həyatını sakitcə yaşayan ədəbiyyatın yanındayam. Dərslik ədəbiyyatının yox."



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK