adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Fevral 2018 12:05
9752
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: VAXTINDA





















Mənə bu gecənin duasın elə,
Qaçıb görüşünə yetim, vaxtında.
Bağışla olanı , bir bəyaz telə-
Mənim ürəyimin yetim vaxtında!..

Qatıb bir - birinə ağla qaranı
Qopar qaysağını, bağla yaranı...
Özün bildiyin tək, saxla aranı -
Mən sənə sözümü dedim , vaxtında!

Hər gün arandıqca ruhumun soyu
Göynədir sinəmi ah-ufu , oyu...
Məsafə saxlayaq bir kiprik boyu -
Dizində ibadət edim , vaxtında!

Söykəyib canımı vallah qəm tinə...
Baxıb bu halıma , sən heç təntimə...
Çevirib üzümü Allah səmtinə -
Sevgimə mən qurban gedim ,vaxtında!