adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Fevral 2018 11:06
12584
DÜNYA
A- A+

İstanbulda PKK-ya qarşı əməliyyat - 31 nəfər tutulub

PKK terror təşkilatına qarşı İstanbulun 20 qəsəbəsində keçirilən əməliyyat çərçivəsində 31 nəfər saxlanılıb.

Adalet.az-ın "Hüriyyet” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyatda İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları iştirak edib.

Axtarış aparılan ünvanlarda tapança, ov tüfəngi, xeyli sayda çap və rəqəmsal təşkilati proqram aşkarlanıb. Haqqında həbs qərarı olan və ünvanında olmayan 12 nəfərin yaxalanması istiqamətində işlər aparılır.