“Bayıl sakinlərinə məktəblərdən pul yığılmayıb” - Rəsmi
"Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə heç bir vəsait toplanmayıb”.
Adalet.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvar 2017-ci il tarixdən müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib.
"Hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb. Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi bildirilib. Qeyd edək ki, məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir”.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16