adalet.az header logo
  • Bakı 21°C
06 Fevral 2018 18:08
9456
GÜNDƏM
A- A+

Dövlət Komitəsi Azərbaycandakı ailələrin sayını açıqlayıb

"Azərbaycanda ailələrin sayı 2006-cı ildə 1817500 idisə, 2017-ci ilin əvvəlinə bu rəqəm 2 084 500 olub”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsindəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynova deyib. O bildirib ki, Azərbaycanda ailə institutu qorunub saxlanılır.

H. Hüseynova qeyd edib ki, dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılır: "Bütün məlumatlar Komitədə ümumiləşdirilib, tövsiyələr hazırlanıb vəNazirlər Kabinetinə çatdırılıb. Həmin tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılır, mütəxəssislər üçün yeni təlimlər keçirilir”.

Dövlət Komitəsinin sədri uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradıldığını da söyləyib.