Adalet.az | Oqtay Şirəliyev: Epidemiyalar Azərbaycandan yan keçir Adalet.az | Oqtay Şirəliyev: Epidemiyalar Azərbaycandan yan keçir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Oqtay Şirəliyev: Epidemiyalar Azərbaycandan yan keçir

4291    |   2018-02-06 17:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir.

Bunu Səhiyyə Nazirliyində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O.Şirəliyev bildirib ki, ölkədəki uşaqların 93-97%-i dövlət səviyyəsində həyata keçirilən 11 peyvəndlə əhatə edilib.

Nazirin sözlərinə görə, xronoki böyrək çatışmazlığı sahəsində əhaliyə xidmət etmək üçün 34 dializ mərkəzi istifadəyə verilib, 245 min şəkərli diabetdən əziyyət çəkən insan dövlət tərəfindən zəruri dərman vasitələri və nəzarət aparatları ilə təmin edilir.

O.Şirəliyev əlavə edib ki, indiyə kimi 55 uşağa sümük iliyi, 500 insana böyrək, 100-ə yaxın insana qaraciyər köçürülüb.




İmza:
SON XƏBƏRLƏR
2018-08-14


VİDEO