Whatsapp ailənizə girərsə...

EMİNQUEY AKİF
67902 | 2018-02-06 14:58

Kərim votsapda arvadına yazır:

- Dur, dodaqların rəngində arvad çayı gətir, ağzımın dadı dəyişsin.

Arvadı Gülnarənin başı rəfiqələrilə söhbətə qarışır, ərininmesajını açmır. Beş dəqiqədən sonra kişi dözməyib arvadına səslənir:

- Ay qız, votsapa bax, saymırsan məni?

Gülnarə ərinə "okey, canım" yazıb qızınınadını axtarır. Qızı Nigar isə feysbukda canlı yayım açıb kirimişcə telefonunekranına baxır. Üç dəqiqənin içində videonun altında qız üstündə bir-birinənömrə atıb söhbətə çağıran kim, "nece de qesexsen” yazıb girişən kim. Hələyetmiş yaşlı kişinin "niya susursan o bal dodaqlarini terpet” yazmağı bir yanaqalsın, bu qızın susmağına baxan boş-bekar yüzdən çox adamın özünə əl qatmağıda ayrı dərddir.

Gülnarə qızına yazır:

- O canlı yayımı dayandır, oğlanlarla az yazış, mindəfə demişəm ki, görüşməyəcəksənsə heç kimə ümid vermə. Adın çıxacaq. Atanıbloka atmısan, bir gün görsə halın yaxşı olmayacaq.

Nigar o birisi telefonu ilə anasına yazır:

- Eee, mama, başlama da.

Anası Gülnarə yazır:

- Zəhər mama, çor mama. Universitetə girmisən, amma qiymətlərini pullaalırıq. Bilirəm, ağız büzürsən orda, ağzını cıraram, buna bax, qudurmuş. Atançay istəyir, dur, çay gətir.

Nigar bacı Səbinəyə yazır:

- Bacı, niyə elə sənitərifləyirlər, eynəklərin qırılsın, indi sən prezident təqaüdü alırsan deyə mən söyülməliyəm? O kitabı qoy, əlindən yerə. Mən canlı yayımdayam, kəsə bilmərəm. Dur, ataya çay apar.

Səbinə dərsini yarımçıq saxlayıb gedir mətbəxə,aləmi vurur biri-birinə. Ev camaatı qaçır mətbəxə, görür ki, stəkan-nəlbəkiqırılıb, çaydan yerə aşıb. Kor-peşman hamı öz yerinə qayıdır.

Kərim arvadına yazır:

- Mən sənin çayını içmək istəyirdim. Lazım olsaydı,elə qızlara yazardım da.

Cavab gəlmir...

Gülnarə qızı Nigara yazır:

- Mən atana çay süzməyi sənə dedim, demədim ki,çayı Səbinə süzsün, ay həyasız.

Cavab gəlmir...

Nigar bacısı Səbinəyə yazır:

- Aaz, sənnecə qızsan ki, bir çayı da süzə bilmirsən? Kitab oxuduğun qədər biraz da evişlərini öyrən də.

Cavab gəlmir...

Kərim vəziyyəti görüb kor-peşman, boğazıquruya-quruya hamını bloka atıb Nataşaya yazır:

- Cavabsızsuallar içindəyəm, Nataşa. Çayın altını isit, gəlirəm yanına, "Maya lyubov”.


TƏQVİM / ARXİV