adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Şeir təhlilləri

VURĞUN ƏYYUB
30048 | 2013-03-30 07:38
HüseynCavid.

ÖksüzƏnvər.

Doquzyaşında zəki, uslu bir çocuq: Ənvər...

Sinifdə tamiki ildir, birincilikdə onun

Şərəfli biradı var; daima müəllimlər

Sevərdiləronu. Lakin o şimdi pək yorğun.

O imdi çoxmütəfəkkir... cahanda iştə onun

Həyatı,nəşəsi, ümmidi tək bir annəsi var.

Fəqət o,bəlkə üç ay var ki, xəstə, giryənümun

Nəzərləriləüzər binəvayı leylü nahar.

Zavallıannəsi söndükcə yavrucuq yanıyor,

Yanıb daqavruluyor; ən böyük düşüncələri

Yarınkimatəmi güldürmək üzrə aldanıyor,

Fəqət qadınərimiş, onda yoq həyat əsəri.

Çocuq davamediyor dərsə hər sabah; lakin

Nə söylüyorsamüəllim, o bir şey anlamıyor.

Dalıb,dalıb gediyor, dərs için, vəzifə için,

Toqatyeyirsə də biçarə susmuş, ağlamıyor.

Səkiz günoldu ki, artıq xəbər yoq Ənvərdən,

O şimdidərsə dəvam etmiyor, qadıncığazın

Qoşarməzarına öksüzcə ağlar, inlərkən

Gəlincəxatirə mazi, düşüb qalır bayğın.

Sorarsinifdə müəllim o kimsəsiz çocuğu,

Qızar dasöylənərək hər gün arqasınca onun;

"Aman,nasıl yaramaz! Bax, bu həftə keçdi dəxi

Nə birxəbər, nə bir iz var? Demək o bir çapqın..."

Yarınki güno soluq çöhrə pürməlali təəb,

Sinifdəərzi-vücud etdi. Dərsə başlanaraq

Müəlliməkşi, çatıq yüzlə püritabü qəzəb,

GörüncəƏnvəri, qaldırdı:

- Ey!Çocuq, bana baq!

Sən, iştəhanki cəhənnəmdə, söylə, nerdə idin?

Düşünmə,söylə!

- Əfəndim,şey...

- Ah, dəniyaramaz!

Nasıl dabaq dalıyor, sanki tilkidir qurnaz!..

Çocuqcığazdacavab: iştə bir sükuti-həzin...

Gözündədalğalanır incə bir bahar buludu,

O həp baqıbduruyor, yoqdur onda hiylə və suç...

Sükutaqarşı müəllim qəzəblə bir, iki, üç

Toqatlayınca,çocuq bircə kərrə hıçqırdı:

"Aman,vay, annəciyim!..", sonra qəşş olub getdi;

Bu səssinifdə olan cümlə qəlbi titrətdi.

Şeirinmövzusu, məzmunu vəideyası

Azərbaycanromantizm cərəyanının ən tanınmış və sevilən nümayəndəsi Hüseyn Cavidədəbiyyatımızda səhnə əsərləri ilə yanaşı həm də lirik-fəlsəfi şeirlər müəllifikimi tanınmaqdadır. Bu şeirlərin əksəriyyətində Cavidin hələ İstanbulda təhsilaldığı illərdə yaradıcılıqları ilə yaxından tanış olduğu yeni Osmanlı ədəbiyyatınıntəsiri duyulur. Xüsusən "Sərvəti-fünun"çuların təsiri ilə onun poeziyasında mənzum hekayə şəkli, sosial mövzular vəməzmun qabarmağa başlayır. "Öksüz Ənvər" də bu təsir altında yazılmışşeirdir.

Doqquz yaşında olan Ənvər məktəbdəmüəllimlərin sevimlisidir, dərslərində birincidir. Onun yalnızca anası vardır.Ancaq üç aydır ki, anası xəstədir. Ənvərin bütün fikri xəstə anasının yanındaolduğundan müəllimlərinin dediklərindən bir şey anlamır, "dalıbgediyor", şillə yesə də, susub ağlamır. Artıq səkkiz gün olar ki, Ənvərməktəbə gəlmir, vəfat etmiş anasının məzarı başında ağlayıb analı günlərinixatırlayınca bayğın hala gəlir. Sinifdə bütün bunlardan xəbərsiz müəllim onu soruşur, qızlar arxasıncadedi-qodu edirlər. Sabahı gün məktəbə gələndə müəllim qəzəb içində və turşumuşbir üzlə ondan "hansı cəhənnəmdə" olduğunu soruşur.Ənvərdən aydın bir cavab almayan müəllim onu şillələyir. Şeir uşağın"vay annəciyim" deyərək huşunu itirməsilə sona çatır. Əsərişərti olaraq dörd hissəyə ayıra bilərik: a) Ənvərlə tanışlıq. Şair uşağınbacarıqlarından, məktəbdə sevimli şagird olmasından söhbət açmaqla oxucunuonunla tanış edir və ona qarşı bir rəğbət hissi oyadır; b) Ənvərin anasınınxəstə olması və məktəbli uşağın xəstə anaya münasibəti; c) anasının ölməsindənsonra Ənvərin keçirdiyi hallar və dərsə gəlməməsi, məktəbdə ona olan münasibət;d) məktəbə gəldikdən sonra müəllimin ona qarşı davranışı və Ənvərin düşdüyüvəziyyət.

Hər bir hissədə məzmun sadə, yığcam birşəkildə anladılmışdır. Şeir bütünlükdə romantizmin, o cümlədən Cavidin humanizmideyasını əks etdirir. Azərbaycan romantizmini Avropa romantizmindənfərqləndirən ən üstün cəhəti bu şeirdə görə bilərik. Azərbaycan romantikləriAvropa romantizmindəki məşhur "bəşəri kədər"i ümumilikdən çıxararaqona konkret məzmun aşılayırdılar. Məzlum, köməksiz, yardıma ehtiyacı olan insanlarınhəyatından yazmaq Azərbaycan romantizminin vətəndaşlıq və sosial istiqamətinimüəyyənləşdirirdi. "Öksüz Ənvər" də məhz bu humanizm ideyası, məzlumaacımaq, insana məhəbbət və qayğı göstərmək ideyası əsasında yazılmışdır.

Birmüqayisə...

Sadə oxucununməlumatı olsun deyə bildirək ki, Türkiyə ədəbiyyatında"Sərvəti-fünün"çular arasında şair kimi çox da tanınmayan İsmayılSəfanın da "Öksüz Əhməd" adlı bir əsəri vardır. Səfanın əsərindəgöstərilir ki, dul bir qadın zəngin bir evdə xidmətçi olaraq işə düzəlir.Qadına maaş verilmir, əvəzində özünün və yetim uşağının yeyib içməsi buevdəndir. Körpə Əhməd uşaq olmasına baxmayaraq hər zaman döyülür,ətrafındakılardan daima pis sözlər, təhqirlər eşidir. Bunları görən ana bir iliçində qəhrindən xəstələnir və ölür. Ev sahibləri anasının cənazəsini Əhmədəgöstərmək istəyirlər ki, uşaq anasından ötrü darıxıb ətrafdakıları narahatetməsin. Lakin Əhməd anasının üzünü görcək "istəməm" deyib qaçır.

Diqqət edilsə, hər iki şeir ad etibariləbənzərdir, hər ikisi mənzum hekayə tərzində yazılmışdır, hər ikisində dul birqadının və yetim uşağın taleyindən söhbət açılır. Hər iki şeirdə ananın ölümüvə uşağın yetim, köməksiz qalması, ətrafdakıların onlara münasibəti əsərlərinfakt, hadisə materialını və kompoziyasının qurulmasını təşkil edir. Lakin demək olmaz ki, Cavidin şeiri tamamiləSəfanın şeirinin kopyasıdır. Əsərdə müəyyən fərqlər də nəzərə çarpır. Fərqlicəhətlər budur ki, İ. Səfanın qəhrəmanı Əhmədin yaşı haqqında şeirdə bir şeydeyilmir. Bəlli olan odur ki, o hələ oyuncuqlarıyla oynayır. Cavidin qəhrəmanıƏnvər isə doqquz yaşındadır, məktəblidir, çalışqandır, az-çox həyatdan baş çıxarır. Qəhrəmanını birməktəbli olaraq tanıtması, sinfin birincisi olmasını vurğulaması bir tərəfdənCavid romantizminin maarifçilik təbiətindən irəli gəlmişdirsə, digər tərəfdənƏnvərin xaraketirini açmağa, oxucuda ona rəğbət oyadaraq mərhəmətideyasının daha qabarıqcanlandırılmasına xidmət etmişdir.

İ. Səfanınəsərində ana bir evdə qulluqçu olaraq çalışır, oğluna olan münasibəti görübqəhrindən xəstələnir və ölür. Cavid isəƏnvərin anasının məşğuliyyəti, nədən xəstələnməsi haqqında məlumatvə ya hər hansı bir işarə vermir. Səfanın əsərində ananın övladına olanmünasibəti haqqında söz açılsa da, uşağın anasına bağlılığı haqqında bir detalbelə yoxdur. Əksinə uşaq anasının meyitini görüncə, "istəməm" deyəqorxub qaçır. Caviddə isə tam əksinədir.Ananın övladına münasibəti barədə bir söz deyilməsə də, Ənvərin anasına olanbağlılığı, sevgisi aydın və təsirli birşəkildə canlandırılmışdır. Cavidin qəhrəmanının "həyatı, nəşəsi,ümmidi" tək anasıdır, "annəsisöndükcə yavrucuq yanıyor, yanıb da qovruluyor." Əhməddən fərqli olaraqƏnvər hər gün anasının məzarına başçəkir, onu sevgi ilə yad edir. Fikrimcə,uşaq obrazının qabarıq işıqlandırılmasındaCavid daha usta hərəkət etmişdir. Çünki əsərin qəhrəmanı Ana deyil, Ənvərdir.

Əhməd və Ənvərin adları bənzər olduğu kimi, taleləri də oxşardır. Hər ikiuşaq döyülür, təzyiqlərə məruz qalır. Əhməd evdəki davranışlarına görə ev sahibləri,Ənvər isə məktəbə getmədiyinə görə müəllimi tərəfindən döyülür. Caviddə uşağındöyülməsi daha konkret və inandırıcı əsaslandırılmışdır. Səfanın əsərinin başlanğıcı bir qədəranlaşılmaz təsir bağışlayır, Cavid isə əsl hekayəçi ustalığı ilə mövzuya daxilolur.

Şeirinsənətkarlıq xüsusiyyətləri

"ÖksüzƏnvər"in bir çox misraları, xüsusən ilk dörd misrası tamamilə nəsrcümlələridir. Burada şeirə məxsus bədii ifadə və təsvir vasitələri, məcazlar,şeir ahəngi yoxdur. Hətta şair sözləri qafiyələndirmək üçün misra daxilindəcümlələri qırmışdır. Bir cümlə digər misranın ortasında bitmişdir.

Şeirin diliəsasən sadə və anlaşıqlıdır. Ərəb-fars sözlərindən ibarət tərkiblərə az birşəkildə müraciət edilmişdir. Sadəcə, tamamilə Osmanlı şivəsinin vəorfoqrafiyasının təsiri altında yazılmışdır. O dövrdə dəbdə olan"pək", "iştə", "cocuq", "annə","imdi", "tokat" kimi sözlərdən bolluca istifadə olunmuşdur."Gözündə dalğalanır incə bir bahar buludu" kimi sadə və aydın birməcazdan istifadə Ənvərin ruh halını, ağlar gözlərini dəqiq ifadə edəbilmişdir.

Nəsrə məxsus təhkiyə və realistik bir təsvirüsulu seçən Cavid özünün romantik mövqeyini qabartmadan sadə və konkret birhəyat hadisəsini qələmə almaqla oxucuda mərhəmət duyğusu oyandırmağaçalışmışdır. Bu mövzuda yazdığı digər şeirlərdəki çağırış, ittiham, fəlsəfiümumiləşdirmələr "Öksüz Ənvər"də yoxdur. Məsələn, "Məzlumlar üçün" şeiri ilkmisrasından son misrasına qədər məzlumun, əsirin halına yanmaq, onlara əltutmaq barədə çağırışdır. "Kiçik sərsəri" də isə yetim, kimsəsizuşağın həyatını təsvir edən şair sonunda bütün bəşəriyyətə xitab olaraqsəslənən fəlsəfi ümumiləşdirmə aparır:

Haqqavarmaq, pərəstiş etmək üçün

Ucalır birtərəfdə məbədlər...

Daş, çamur,haqq rizası namümkün...

Aldanır,aldanır zavallı bəşər.

"ÖksüzƏnvər" də adını çəkdiyimiz şeirlərdə olduğu kimi şair mövqeyinin açıqifadəsi olmasa da, unutmayaq ki, Cavid realist bir sənətkar deyildi və öz"mən"ini gizlədə bilməzdi. Odur ki, ayrı-ayrı ifadələrdən (zəki, uslucocuq, binəva, biçarə, yoxdur onda hiylə və suç və s.) şairin mövqeyi, kimintərəfində olduğu (duyğusuz, həssas olmayan müəllimin, yoxsa məzlum, yetimcocuğun tərəfində olması) aydın görünür.

Uşağın kədərli halı, qayğıya, təsəlliyə möhtacdurumu ilə müəllimin duyğusuzluğu, qəzəbi bir təzad şəklində verilmişdir ki, buda vəziyyətin faciəviliyini daha da artırmış olur.

Əsərdəkiinsan obrazları ana, uşaq, müəllim və məktəbli qızlardır. Şair Ənvəri ağıllı, intizamlı, dərsə, biliyəqiymət verən, duyğulu bir uşaq olaraq təsvir etmişdir. Şeirə giriş hesabolunacaq ilk cümlələr Ənvəri oxucuya tanıdır. Ana haqqında əlavə heç birməlumat yoxdur. Şairin təhkiyəsindən anlaşılır ki, o, xəstədir və dünyasınıdəyişmişdir. Müəllim isə zalım, duyğusuz bir insan olaraq qarşımıza çıxır. İlküç obraz konkert şəxsləri ifadə edirsə, məktəblilər ümumi şəkildə təsviredilmişdir. Onların yalnızca sözləri verilmişdir. Burada Ənvərin sinifyoldaşlarının ona münasibətindəki psixologizm, fərdilik açılmamışdır. Bu daəslində dramatik bir olayaın təsvirindəki dramatikliyi azaltmışdır. Cavid nəzamanın, nə də məkanın üzərində dayanmamış, qəhrəmanlarının zahiri görkəminin,paltarlarının, əşyaların təsvirinə yer verməmişdir. Təbii ki, bu da əyanilik vədekorativlik, görümlülük baxımından şeirə zərər gətirmişdir.

Cavidinbaşqa lirik şeirlərində rastlaşdığımızbədiilik, yüksək sənətkarlıq "Öksüz Ənvər"də nəzərə çarpacaqdərəcədə deyildir, məzmun isə bəsitdir. Şeiri sevdirən ondakı hiss-həyəcan vəmərhəmət duyğusudur. Böyük romantikimizin istedadını bütün qüdrətilə göstərəbilməsə də, "Öksüz Ənvər" Cavid yaradıcılığının bir faktı kimi, Cavidhümanizminin bədii əksi olaraq diqqətçəkicidir.

VURĞUNƏYYUB

Filologiyaüzrə fəlsəfə doktoru

TƏQVİM / ARXİV