adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Fevral 2018 12:25
11504
MƏMLƏKƏT
A- A+

“İrəli” Azərbaycanı virtual məkanda daha yaxşı tanıtmağa çalışır

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan” layihəsi baş tutacaqdır.

Birliyin mətbuat xidməti tərəfindən layihə haqqında məlumat verilib. Qeyd edilib ki, hazırki dövr internet dövrüdür və bu səbəbdən də insanlar bütün məlumatları internet üzərindən əldə edirlər. Hər bir dövlətin əsas marağı ölkə maraqları olmalıdır. Və ölkə haqqında informasiyanın geniş auditoriya çatdırılması üçün internet əsas vasitədir. Hər bir xalq öz mədəniyyətini və dəyərlərini qorumaq borcundadır. Bu gələcək nəsillər üçün informasiya müharibəsində və xalqın milli dəyərlərinin qorunmasında vacib addımlardan biridir. Beləliklə, beynəlxalq arenada Azərbaycanın tarixi, onun mədəniyyəti, tarixi abidələri və digər sərvətinin düzgün təbliği və çatdırılması hər bir Azərbaycan vətəndaşının borcudur.

Bütün bunları nəzərə alaraq "İRƏLİ” İctimai Birliyi "Virtual Məkanda Azərbaycan” layihəsini keçirməyi planlaşdırır. Layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə bütün dünyaya çatdırmaqdır. Layihə müddətində müəyyən edilən seçim kriteriyaları əsasında iştirakçı gənclər seçiləcək, onlara müxtəlif mövzularda peşəkarlar tərəfindən təlimlər keçiriləcək, multiplayer qrupları formalaşdırılacaqdır. Daha sonra peşəkarların təcrübəsindən yararlanan gənclər ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gəncləri ilə bölüşəcəklər. Daha sonra layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaqdır. Həmçinin, əldə olunan məlumat bazaları vikipedia, twitter və digər sosial şəbəkələrdə yerləşdiriləcək, öz təsdiqini tapmayan informasiyalar yenilənəcəkdir. Təşkilatın mətbuat xidmətindən bildirilib ki, dünya statistikasına nəzər saldıqda Azərbaycanın bu informasiya müharibəsində müəyyən qədər geridə qaldığının şahidi oluruq. Layihənin ana məqsədi vikipediada məlumatları çoxluğuna nail olmaqdır.

Layihədə "Araşdırma texnologiyası”, "Vikipediya təlimləri”, "Sosial şəbəkələrdən səmərəli istifadə”, "Məqalənin düzgün yazılma qaydaları”, "Təlimçilər üçün təlim” kimi maraqlı mövzularda peşəkarların təcrübəsindən yararlanan gənclər, həmçinin İRƏLİ Vikipediya Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar. Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılması layihənin ana məqsədidir.