adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Moşu qədər xoşbəxt olmaq...

XURAMAN HÜSEYNZADƏ
34291 | 2013-03-30 07:38

Təbiət özxoşbəxtliyinə qovuşub. Qaranquşları qayıdıb-insanlara etibarlı olmağı öyrədir.Ağacları ağ-ağ, çəhrayı-çəhrayı ümidlər açıb-qalibiyyət dərsi keçir adamlara."Qışın şaxtasına, qar-qiyamətinə dözün, ardınca arzularınıztumurcuqlayacaq" deyir. Həyatımızın alaçarpa dövründə zəhmətdənqorxmamağın düsturunu öyrədir bizə. Bahar-zəhmətlə qazanılan xoşbəxtliyinrəmzidir.

Adam,getdikcə təbiətdə tapır xoşbəxtliyini. Təbiət-ümidin, arzun olur. Soyuqdanüşüyərkən ümid çırağını yandırırsan içində: qızınanda ləzzətini çəkəcəksən. Küləyinsaçlarını qarışdırmasında ayrı bir romantika var. Bunları görmək, duymaq çoxasandır. Yetər ki, könlünü təbiətə verəsən.

Çoxlarıanların, günlərin gətirdiyi xoşbəxtliyi bütöv bir ömürdə istəyir. Kimi üçünxoşbəxtlik ideal ailə modelidir, kimin üçünsə pul, var-dövlət. İstedadıngətirdiyi xoşbəxtlik də var: uğurlu bir əsər, layihə, kəşf...

Çox zənginbir qonşumuz var. Bu günlərdə gözünün ağı-qarası bir oğlu xərçəngdən dünyasınıdəyişdi. Küçə qapılarında qara və qırmızı rəngli lentlər qol-boyun dalğalanırindi...

Rayonda,nənəmgilin qonşusunda lal Mehdi vardı. Daun sindromlu xəstəydi. Yeşikparçalarından, alüminium məftildən avtomat, tapança düzəldir, məhlə uşaqlarınısıraya düzür, yerə uzanıb guya onları avtomatla öldürürdü. Uşaqlar Mehdiyə yerəuzanıb "ölməklə" sonsuz sevinc bəxş edirdilər. Mehdi sevindiyindənatılıb-düşür, ağlayırdı. Anası da ona qoşulub ağlayırdı... Xoşbəxtlikləbədbəxtliyin harmoniyası...

Bir şairvar, özünə qismət, deyilənə görə, maddi cəhətdən təmin olunub. Alışdığımız şairhəyatını yaşamır. Baş barmağını çənəsinə, şəhadət barmağını gicgahınasürüşdürüb üzündə Mehdinin tapançasının konfiqurasiyasını yaratmağı var. Və bucür pozlar verir. Baxırsan ki, xoşbəxtdir. Şeirlərini oxuyursan ki,bədbəxtdir-yaza bilmir. Amma dahiolduğunu zənn edir. Yaxşı dostların olmağı da xoşbəxtlikdir. Qəhrəmanımızın busarıdan da bəxti gətirməyib. Hərgah belə dostları olsaydı, deyərdilər ki,adamları özünə güldürmə...

VaqifSəmədoğlu xoşbəxtliyin trayektoriyasını yaxşı cızıb. Yaxşı tapıb xoşbəxtliyinsimvolunu. Baxın, Moşu niyə xoşbəxtliyə qafiyə tapa bilmirdi? Çünki xoşbəxtidi.

Hə... Deməkki, o, qaranquş qanadlarında, bir budağın çiçəyində, ağır zəhmətdən sonraalnında puçurlayan bir damla tərdə, bir körpənin təbəssümündə, bir kəlmə xoşsözdə, bir əlin tumarında, bir öpüşlük dodaqlardadır...

Xoşbəxtlikqafiyələnmir, şeir olmur, heç şeir də yazdırmır, atam...

XuramanHüseynzadə

[email protected]

TƏQVİM / ARXİV