adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Fevral 2018 11:30
7770
GÜNDƏM
A- A+

Milli Məclis geri qaytarılan qanun layihəsini yenidən müzakirəyə çıxarır

Milli Məclisdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılır.

Adalet.az-ın məlumatına görə, layihə parlamentin Əmək və sosial siyasət komitəsinin sabah keçiriləcək iclasında müzakirə olunacaq.

Layihə plenar iclasa tövsiyə olunarsa, parlamentin fevralın 13-də keçiriləcək toplantısında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsi bundan öncəki iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini geri qaytarmışdı.

Müzakirələr zamanı fikir ayrılığı yaranmışdı, bəzi məsələllərin yeni qanun layihəsində əks olunmadığı qeyd olunmuşdu.

İclasda bildirilmişdi ki, yeni qanun layihəsinin müzakirəsi əlil cəmiyyətləri ilə də aparılmalıdır, sonra plenar iclasa tövsiyə olunmalıdır.