adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Fevral 2018 10:41
9736
İDMAN
A- A+

AFFA-nın Hesabat Konfransının vaxtı açıqlandı

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.

Adalet.az-ın qurumun saytına istinadən yaydığı xbərə görə, martın 7-də, saat 10:00-da AFFA-nın növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər