adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Fevral 2018 10:30
15591
KRİMİNAL
A- A+

Azərbaycanda axtarışda olan 17 nəfər saxlanıldı

Daxili işlər Nazirliyi fevral ayının 5-dən 6-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 16-sı "isti izlər”lə açılıb.


Axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.