Aqil olmaq missiyası

ETİBAR CƏBRAYILOĞLU
85573 | 2013-03-30 07:32

Aprelin1-də Aqil Abbasın 60 yaşı tamam olur. Biz tələsməmişik. Onsuz da həmkarlarımızneçə gündü ki, yubilyarı sual atəşinə tutublar. Aqil bəy də özü demişkən,populyar olmağı sevən adam, geninə-boluna müsahibələr verir. Necə deyərlər,istədiyim yar idi, yetirdi...

Bizyubileyi fərqli qeyd etmək istədik. Tanınmışların Aqil Abbas haqqında fikirlərinəyer ayırdıq. Qəzetimizin təsisçisi, ilk baş redaktoru və baş məsləhətçisisəxavətli adam olduğundan biz də səhifələrin sayında xəsislik etmədik.

NizamiCəfərov (Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, millətvəkili): "Evləri köndələn yar" povesti Aqil Abbasa yazıçı şöhrətigətirdi. Yadımdadır ki, 80-ci illərin əvvəllərində meydana çıxan bu əsərədəbi-ictimai mühitdə nə qədər geniş rezonans verdi, böyük xalq sənətkarı QədirRüstəmova, onun şəxsiyyətinə, sənətinə diqqəti necə cəlb elədi və ona hələsağlığında necə əzəmətli bir abidə qoydu. Bu əsərlə Aqil sübut etdi ki, o,ədəbiyyatda təsadüfi adam deyil, əksinə, ədəbiyyata yeni mövzular, yeniideyalar, özünəməxsus yeni detal və təfərrüatlar, üslub-intonasiya gətirməyəqadir bir yazıçıdır. Və belə də oldu.

AqilAbbasın son illərdə qələmə aldığı əsərlər arasında "Dolu" romanıxüsusi yer tutur. Və mənə elə gəlir ki, bu roman Qarabağın yeni tarixi barədəyazılmış ən dəyərli əsərlərdən biri, bəlkə də birincisidir. Bir neçə il öncəyazdığım məqalədə bu əsəri müasir ədəbiyyatımızın "Qarabağnamə"siadlandırmışam".

NovruzNovruzov (Şabran Rayon İcra Hakimiyyətinin başçısı): "Qəzetlərdən oxudumki, Aqil Abbasın 60 yaşı tamam olur. Açığı heç inanmadım.

Axı, mənneçə illərdən bəri səmimi ünsiyyətdə, ülfətdə olduğum Aqil Abbası həmişəcavanlara xas əsl coşqunluqda, şuxluqda görmüşəm. Hərçənd ki, bəzən o şuxluğunarxasında bəlkə də yüz yaşlı qocalara xas müdrikliklə yanaşı bir dərin kədər dəgizlənir.

Bəri başdandeyim ki, hələ ötən əsrin 70-ci illərindən, Aqil Abbasın mətbuatda ilk nəsrnümunələrinin dərc olunduğu vaxtdan onun oxucusu olmuşam. Əsərlərinidüşünə-düşünə oxumuşam.

Aqil AbbasAzərbaycanımızın mərd, qeyrətli oğlanlarını təkcə vəsf edən bir yazıçı deyil.Eyni zamanda Vətən torpaqlarını qarış-qarış gəzib dolaşan bir səyyahdır ki, buda yeniyetməlik yaşlarından indiyəcən görkəmli yazıçının Azərbaycan, yurdsevgisindən qaynaqlanır.

Sözümün buyerində yadıma ötən əsrin 90-cı illəri düşür. Aqil müəllimlə Azərbaycanımızındilbər guşələrindən birində, Lerik bölgəsində Diabar çökəkliyini, Zuvanddagəzdiyimiz günləri sanki dünənmiş kimi kövrəkliklə xatırlayıram. Aqil Abbaslaulu Savalanla üz-üzə dayanan Sahal dağının dibinəcən gedib çıxmışdıq vəburasını da deyim ki, o yerlərin vur-tut 50-60 metrliyindən keçib,Azərbaycanımızı ikiyə ayıran tikanlı sərhəd məftillərini də acı-acı süzmüşdük.Həsrətlə o taya baxa-baxa qəhərimizi udub yazıçı ilə özünün də söhbətlərimizdəarabir xatırlayıb dilə gətirdiyi Kəlvəz kəndində, bir müəllimin süfrəsində bir tikəşirin çörək də kəsmişik. Və burasını da deyim ki, Aqil Abbas o səfərə özü iləoğlanlarını da gətirmişdi. Bununla yazıçı bəlkə də övladlarına da ikiyəbölünmüş Vətən torpaqlarını tanıtmaq istəyirdi.

AqilAbbasla daha sonralar yağı düşmənlə üz-üzə dayanan Goranboyda da dəfələrləgörüşmüşük. Düşmənlə təmas xəttinəcən qorxu-ürkü bilməyib birgə gedib çıxmışıq.Todanın, Buzlucun havasını udmuşuq. Yuxarı Ağcakəndi gəzib dolaşmışıq. Zirvəsiqarlı Murovdağın ətəklərinə dirənən "Məmməd ölən" yaylağında əzizdostumun dizini yerə söykəyib buz bulaqların ayna gözündən "oxqay"deyənəcən su içdiyinin də şahidi olmuşam.

Bir sözlə,Aqil Abbas ustad şairimiz Məmməd Arazın ölməz misralarında deyildiyi kimi,"Vətən torpağının hər daşına baş qoyan" bir sənətkardır.

Aqil AbbasıAzərbaycanın hər yerində olduğu kimi bizim Şabranda da əziz, doğma bir adam,tanınmış yazıçı-publisist, ictimai xadim kimi dəyərləndirir və sevirlər.

Bölgəmizdəelə bir mədəni-kütləvi tədbir olmaz ki, bu böyük yazıçını, millət vəkilinidəvət eləməyək və o da vaxt tapıb o tədbirdə məmnuniyyətlə iştirak etməkləməclisi şərəfləndirməsin.

Bir neçə ilbundan qabaq rayonda yerli yazarları birləşdirən Şabran ədəbi məclisinin 30illiyində, ötən il rayon mərkəzi Şabran şəhərində Xaqaninin möhtəşəm heykəlininvə bu ulu şairin adını daşıyan poeziya evinin açılışında iştirakını və məzmunluçıxışlarını şabranlılar hələ də xatırlayırlar.

Ssenarisiəsasında çəkilən "Dolu" filminin bölgələr arasında ilknümayişlərindən biri də bizim Şabranda olub. Bu isə Aqil Abbasın ulu, qədimyurd yerlərinə məhəbbətinin bir ifadəsi, Şabran sevgisidir. Aqil Abbasa yaşınınüstünə daha bir "60" gəlmək arzusu ilə..."

Rəşad Məcid(Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru):"Aqil Abbasla dostluğumuzun 30 ilə yaxın bir tarixi var.

Bütün buillər ərzində tanıdığım, müşahidə etdiyim Aqil Abbas haqqında fikirlərimi biryazıda əhatə etmək mənim üçün çox çətindi. Aqil Abbasın 50 illiyində "Əlliilin Aqil Abbası" adlı bir yazı yazmışdım. Ötən il 59 yaşı tamam olandaisə "Unikal adam"ı çap etdirdim. Elə bilirəm ki, həmin yazımda AqilAbbası tam xarakterizə edə bilmişəm. Aqil doğrudan da unikal adamdı".

Tofiq Abdin(yazar): "Sevimli Rəşad Məcid Aqil Abbasın 60 illik yubileyiniqabaqlayaraq düz bir il əvvəl bir yazıyazmışdı və orada inadla deyirdi ki, o heç dəyişməyib. Rəşad bəyin yazısıdostanə bir yazı idi və bir çox insan buyazını bəyənsə də mənim bir neçə şəxsidüşüncələrim var.

Bunları tamaçıqlamasam da deyə bilərəm ki, Aqil Abbas necə də olsa bir az dəyişib və bu dəyişiklikyalnız mənim zərərimə işlədiyi üçün demirəm. Həm də elə məsələlər var ki, bununaydınlatılması zor işdi, hələlik bəzi şeylərin heç məqamı da deyil. Bəzən ənböyük həqiqətlər çox narahat qarşılanır, xoşumuza gəlmir və biz buhəqiqətlərdən intiqam almaq üçün çalışmayaq. Aqil haqqında bir neçə dəfəyazmışam və inanın ki, indiki məqamda həqiqətləri yazmağa gücüm çatmadığı üçünbaxdım ki, bu orijinal addımı nəylə mübarək edə bilərəm. Aqil Abbas son illərböyük ictimai işlər müqabilində həm dəson dərəcə məhsuldar işləyib.

Əlini haraatıbsa ordan bir maraqlı ədəbi hadisə ola biləcək yazılar çıxarıb və bütünyazıları uğurlu olub. Mübahisə doğuranyazıları da olub ki, alimindən tutmuş mənim kimi sıravi oxucu da bu qədər işiniçində onun bu yazıları nə vaxt yazdığından baş çıxar bilmir. Mizahı, esprisivə qələminin gücü ilə və üstəlik də naşirliyi ilə Mirzə Cəlili xatırladan birziyalı öz işinin başındadır və nəinki işinin başındadır və bu qədər zorluqlarıniçindən sıyrılıb "Batmanqılınc", "Çadırda Üzeyir Hacıbəyovdoğula bilməz", "Qiyamət gecəsi", "Dolu" kimisanballı əsərlər yazmağa da zaman tapırvə yaşamağa da zaman ayırır".

SeyranSəxavət (yazışı): "Ədəbiyyata gələn kənd uşaqlarından bir də Aqil Abbasdı.Elə mən özüm də həmin uşaqlardan biriyəm. Biz elə bilirdik ki, Bakıya gəlməkləədəbiyyata gəlmək eyni şeydi. Amma zaman paytaxta gəlməklə ədəbiyyata gəlməyinayrı-ayrı şeylər olduğunu bizə göstərdi.

AqilQarabağdan, Boyatdan Bakıya içi dolu gəlmişdi. İçi sözlə, ədəbiyyatla dolu idi.Bu günə kimi də kənddən gətirdiklərini xərcləyir. Aqil şirin bir yazıçıdı. İlkhekayəsi o zaman "Ədəbiyyat və incəsənət" adlanan qəzetdə rəhmətlikSabir Əhmədlinin razılığı, bir az da mənim köməyimlə işıq üzü görüb. Səhvetmirəmsə, elə adı da "Şirinlik" idi.

Aqil Abbasbu gün ədəbiyyatda var. Tanınır, oxunur, romanı əsasında film çəkilir. Ruslardemiş, o, özü-özünü təşkil edib.Jurnalist kimi də, yazıçı kimi də, deputat kimi də Aqil özü-özünü təşkiletməyi bacarıb. Bunların hamısının cəminə Aqil Abbas deyilir.

Aqil 50illiyi ilə bağlı qurduğu məclisə məni də dəvət etmişdi. Həmin vaxt Mərdəkandaroman yazırdım. Həmin məclisdə iştirakım üçün elə bir xahiş elədi ki, o xahişiheç Tolstoy öz müasirlərindən eləməmişdi. Yubileyə gələnlər də yeyib-içəndənsonra onu geninə-boluna təriflədilər. Ümumiyyətlə Aqil Abbas çörək verənadamdı. Ötən 10 il ərzində bu xasiyyətini dəyişdiyinə inanmağım gəlmir. Bu dəfəməclisə çağırsa, sözlərimin ardını orada deyəcəm".

Zakir Fəxri(şair): "Aqil bir zarafat edib aprelin 1-də - yalan günündə doğulub. O gündünyanın ən dəqiq günü olsun. Şəhriyar "Heydərbabaya salam" əsərindədeyir ki:

Heydərbaba,dünya yalan dünyadı,

Süleymandan,Nuhdan qalan dünyadı,

Oğul doğan,dərdə salan dünyadı.

Hər kimsəyəhər nə verib, alıbdı,

Əflatundanbir quru ad qalıbdı.

Bu mənadaAqil Abbas aprelin 1-də - yalan günündə yox, yalan dünyada doğulub. Şəhriyardemişkən, doğru olanı Aqildən bir quru ad qalacaq. Doğru olan dünya qələmləyazılanlardı.

Aqil Abbastaleyimin bir parçasıdı. Doğma, əziz bir parçası. Şair ömrümü Aqil Abbassıztəsəvvür etmək mənim üçün çox çətindi. Heç yerdə işləmədiyim vaxtlarda çoxolmayan məvacibini Aqil mənimlə yarıya bölüb. Naxçivanikdə şəhid olan qardaşımKamilin yandırılmış cəsədini qucağına alan və bu günə kimi qucağında daşıyan qardaşımdıAqil. Yandırılmış şəhid cəsədini qucağında gəzdirən adamın yeri cənnətlikdi.

60 yaşömrün hesablanan günləridi, ona yaş demirlər. Aqilin yaşı ruhun yaşı qədərdi.Nə qədər ruh varsa, o qədər də Aqil Abbasın yazdıqları qalacaq. Ömründə birkimsənin xətrinə dəyməyən, hər kəsin sevincinə, qəminə şərik qardaşımı təbrikedirəm. Doğuluşu doğru olsun! Aqil Abbas İradə Tuncayın klassik üslubda birmemarlıq abidəsidi!"

EldənizQuliyev (Yazıçı-kinodramaturq): "Aqil Abbas varlığı ilə həmişə fəxretdiyim şəxsiyyətlərdən, dostlardan biridi. İntellektual səviyyəsinə,səmimiyyətinə, milli-mənəvi dəyərlərimizə sadiqliyinə görə, həmişədigərlərindən fərqlənib. Ötən illərdə və yaşadığımız günlərdə deputat nişanıaltında gizlənən çox adamlar görmüşük. Amma Aqil həmişə təltiflərin,mükafatların, vəzifələrin fövqündə durmağı bacarıb. Bu illər ərzində Qarabağağrısını qəlbində, çiyinlərində daşıyıb, onu bədii ədəbiyyata gətirməyibacarıb.

Aqil Abbasıuzun illərdi ki, yaxından tanıdığımdan onun 60 yaşının olduğuna inanmıram.Yəqin ki, sıfırlardan birini gizlədib. Mən tanıdığım Aqil Abbasın ən azından600 yaşı var".

XumarQədimova (müğənni): "Hansısa əsəri oxuyub bəyənəndə ürəyindən bir fikirkeçir - müəllif mənim düşündüklərimi, qəlbimdən keçənləri, demək istədiklərimi yazıb.Aqil Abbasın yazılarını oxuyanda bu hissləri tez-tez keçirirəm. Düzdü, Aqilbəyin bütün yaradıcılığı ilə tanışdeyiləm, amma bəzi bədii əsərlərini, "Ədalət" qəzetində yazdığıpublisistik məqalələrini oxuyanda mənim, sənin, bizim, ümumən xalqımızın ürəyindənkeçənləri qələmə aldığını duymuşam. Aqil Abbas xalqın ürəyindən keçənləri eləxalqın öz dilində yazır. Deməli, Aqil Abbas dəyərli jurnalist, istedadlıyazıçı, tanınmış ictimai xadim olmaqla yanaşı, həm də xalq adamıdı.

Mənim AqilAbbasın ailəsinə özəl bir münasibətim var. Onun xanımı İradə Tuncayınyazılarına, düşüncələrinə vurulmuşdum. Maraqlıdı ki, İradə xanımın poeziyamızınqüdrətli nümayəndəsi Məmməd Arazın qızı olduğunu bilmirdim. Bunu sonralaröyrəndim və İradə xanıma hörmətim daha da artdı. Əvvəllər İradə xanımı çoxqısqanırdım. Düşünürdüm ki, görən İradə xanımın həyat yoldaşı ona yaraşırmı,qəlbindən keçənləri duyurmu? Aqil Abbası kəşf edəndən sonra bir çox suallaracavab tapdım.

Aqil bəyinyubileyini təbrik edirəm. Nə arzulaya bilərəm? Qoy xalqımız üçün gərəkliömrünün bundan sonrakı illərini özünün, həyat yoldaşı İradə xanımın arzuladığıkimi yaşasın".

MahirQarayev (şair-tərcüməçi): "Aqil Abbas çox şən adamdı, çox şux adamdı. Hərhalda özünü belə göstərməyə meyllidi və biz də onu belə görməyə öyrəşmişik. Oqədər zarafatcıldır ki, hərdən adama elə gəlir Aqil Abbasın aprelin 1-dədoğulması onun biz dostları ilə bir zarafatıdı. Amma hərdən də mənə elə gəlirki, Aqil Abbası həyatda bu cür şən görmək, şux görmək dostlarına həm də hardasasərf edir və biz onun bu şən, şux təbiətindən bəzən su-istifadə də etməyəçalışırıq. Özü də bədbəxtlikdənmi, xoşbəxtlikdənmi dostların sayı çoxdu - məntəsəvvür edə bilmirəm ki, dostlarının sayı Aqil Abbas qədər çox olan ikinci biryazıçı tapılsın. Bu da təsadüfi deyil, daha doğrusu bunun özəl bir sirri var -Aqil Abbas hər dostla onun yaşındaolmağı bacarır. Yəni 30 yaşlı dost üçün Aqil Abbas 30 yaşında cavan biroğlandı, 70 yaşlı dost üçün 70 yaşında bir qoca. Bu səbəbdən Aqil Abbasın 60yaşı son dərəcə nisbidi. Aqil Abbas olsa-olsa yəqin 60 yaşlı dostu üçün 60yaşındadı.

O ki, qaldıAqil Abbasın yaradıcılığına- burda o, kifayət qədər ciddi, hətta mən deyərdimxeyli kədərlidi. Xüsusən də "Dolu" romanının ikinci hissəsində. AmmaAqil Abbasın bugünkü şən ovqatında kədərli şeylərdən çox danışmaq istəməzdim.Bu şən ovqatında mən Aqil Abbası sadəcə təbrik edirəm. Amma 60 yaşlı AqilAbbası yox, mənim yaşıdım olan Aqil Abbası..."

VüqarRəhimzadə ("İki sahil" qəzetinin baş redaktoru): "Əvvəla onudeyim ki, Aqil Abbasa 60 yaş vermək olmaz. Çox gənc, sağlam, enerjilidi. Bütünbu xüsusiyyətlər onun yazılarında da hiss olunur. İstedadlı jurnalist, gözəlyazıçı olmaqla yanaşı Aqil Abbas həm də mehriban dostdu. Yubileyini təbrikedir, ən xoş arzularımı yetirirəm. Əziz dostumuzdan yeni əsərlər gözləyirəm.Vətənimiz, Xalqımız, Dövlətimiz üçün gördüyü işləri bundan sonra da davametdirsin. Torpaqlarımızın bütövlüyü yolunda ürəyində gəzdirdiyi bütünarzularının həyata keçdiyini görmək nəsibi olsun".

ElxanCəfərov (kinorejissor): "Aqil bəyi özümə böyük qardaş saydığımdan həmişəona "Abi" - deyə müraciət edirəm. Mən yalnız özümdən daha yaxşıdüşünən, daha doğru qərar verən və düzgün yol göstərənlərə abi deyirəm. Onunlatəmas quranda elə şərait, ovqat yaradır ki, yaş fərqini unuduram. Elə bilirəmki, Aqil mənimlə yaşıddı. Amma tarix də sübut edir ki, aramızda yaş fərqi var,Aqil abi ən azından 10-15 bayram məndən böyükdü.

Aqil Abbasçox mərd, dəyanətli, qəlbi geniş, sözü bütöv kişidi. Bütün məqamlardaşəxsiyyətini qorumağı bacarır. Aqil Abbas xoşbəxt yazıçıdı. Çünki ətrafımızdabaş verən həyat hadisələrini bədii ədəbiyyata gətirməyi ustalıqla bacarır.Tanrı hər yazıçıya bu ustalığı bəxş etmir".

Qulu Ağsəs(şair): "Aqil Abbasın janrını tapmaq müşkül məsələdi, sözün açığı. Tragikomediya...hə. Bir az uyğun gəlir. İşğal günləri, bir də 1 Aprel - Gülüş bayramında gözüm onu axtarır. Bu adam bir gözü iləağlamağı, bir gözü ilə gülməyi bacarandı. Milli Məclis rəhbərliyi əgər onuoturan görübsə xoşbəxt adamlardı. Aqil Abbas dizini qatlaya bilmir. 60 yaşaqaça-qovla gəlib çatıb. İstəsə, geri dönüb təzədən uşaq olar. Özü dəyüyürə-yüyürə. Kolanı Məhəmməd kişinin oğlu. Ağdam cayıllarının dostu.Universitet tələbəsi. Məmməd Arazın kürəkəni. Bir neçə kitab müəllifi."Ədalət"in sahibi. Yox, Ədalətin sahibi o deyil. Aqil Abbasınkıqəzetdi, dəftərdi, qələmdi, davadı, torpaqdı, yazıdı, man... dat deyil. Ondanməmur olmaz. Heç hakim də! Məhkəmədə hamını götürüb yeyib-içməyə aparar,zərərçəkəni də müttəhimin sağlığına içməyə vadar edərdi. "Zakuska"sız-zadsız.Amma futbol məşqçisi olar. Rəqib komandaya elə söz deyər ki, topu buraxıbqaçarlar..."

Deyilən,hələ deyiləcək bütün yaxşı sözlərə qoşuluram. Təbii ki, Aqil Abbasa öz təbrikimdə var.

Aqil bəy,sizin ən doğru addımınız "Ədalət" qəzetinin baş redaktorluğunu etibar edib İradə Tuncaya təhvilverməyinizdi. İndiki zamanda qardaş qardaşa bu vəzifəni keçməzdi. Halalolsun...

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV