ÖMRÜN OTUZ ÜÇ ANI

ƏBÜLFƏT MƏDƏTOĞLU
86029 | 2013-03-30 07:31

... Pəncərəönündə dayanmışam. Elə bilməyin ki, qədim və zaman-zaman təkrarlanan birbayatını xatırlatmaq istəyirəm. Xeyir.Sadəcə dünyanın bir pəncərə olduğunu və hər kəsin də bu pəncərədən baxıbgetdiyini bilə-bilə mən yenə pəncərə önündə dayanmağa üstünlük verdim... Bununnədən qaynaqlandığını, niyə məhz bu seçimi etdiyimi ilk anda fəhm edə bilmədim.Düzü, bu bir az mənə, loru dildə desəm, çöçün gəldi. Elə bil özüm özümdənsıxıldım. Amma sonra baxdığım pəncərə sanki mənə dayaq oldu, əlimdən tutdu. Biraz da dürüst ifadə etsəm, dirsəkləndim pəncərəyə və...

...Ondadünyada böyük bir güc mərkəzi var idi. Onda bu güc mərkəzinə dünyanın çox-çoxyerləri də həsəd aparırdı. İndi hamı özünü istiqlal mübarizi, azadlıq aşiqikimi təqdim etsə də, amma bir gerçəklik də var, ondan yan keçmək, onu etirafetməmək mümkün deyil. Şəxsən mən və mənim yaşıdlarım orta məktəbdə məşhur birşeiri, yəni "Mən sovet vətəndaşıyam" şeirini bir nəfəsəəzbərləmişdik. Mayakovskinin bu şeiri bizə qürur verirdi. Ölkə hüdudlarınıkeçəndə sovet vətəndaşı olduğumuzu bir təkəbbürlə nümayiş etdirirdik... Bunuelə-belə xatırlamadım. Bunun da səbəbi var. Səbəbi də ömrün 33 anıdı...

Bir məşhurfilm də var idi. Yəqin onu da xatırlayırsınız: "Baharın on yeddianı"! Mən on yeddi andan daha çox, az qala onun iki dəfəsi həcmində anlaryaşamışam. Və bu anlar məhz pəncərə önündə dayandığım həmin o məqamda gözümünönündə canlanmağa başladı. Çox qəribədi. Görünür insan yaşlaşdıqca o təkcəkövrəlmir, həm də xatirələrə daha çox meyl edir. Bu da səbəbsiz deyil. Axıtorpaq insanı çəkir... insan torpağa daha çox yaxınlaşır. Deyilənlərə görə,torpaqdan yaranmışıq. Elə bu da bir səbəbdi. Yarandığımıza qayıdış... İstəsəkdə, istəməsək də bu, danılmaz və əbədi bir gerçəklikdi...

Bax,pəncərəyə dirsəklənib baxdığım həmin o məqamda mən ömrün 33 anının birincihissəsini 33 mərtəbənin ilk pilləsinixatırlayıram. 1980-ci il idi. Ordudan qayıdıb dövlət universitetinədaxil olmuşdum. Bir az ordu havası, bir az yazı-pozu havası, bir az da dostluqetdiyim, necə deyərlər, ətraflarında olduğum Nüsrət Kəsəmənlinin, SabirRüstəmxanlının və Çingiz Əlioğlunun sayəsində ədəbi mühitə qaynayıb qarışırdım.Mənə elə gəlirdi ki, yanlarında göründüyüm bu adamların aurası yavaş-yavaş mənədə hopur, məni də öz sırasında digərlərinə təqdim edir... Beləcə, 1980-ci ilintəqribən sentyabr ayının ortalarında bir istirahət günü qala divarınınyanındakı çayxanada onu gördüm. Öz dostları ilə çılğın, əl-qolla danışan,saçları da az qala çiyinlərinə düşən bu ortaboylu oğlan əvvəllər adınıeşitdiyim bugünkü 60 yaşlı yazıçı, millət vəkili idi.

Beləcə,dostlarımın çevrəsində tanıdığım adamların sırasında onunla ilk ünsiyyətimyarandı. Sonra ömrün ikinci anı başladı. Yəni artıq 33-dən başlanan anlarınikincisi yaddaşımda təzələndi...

Bir"Sovet kəndi" qəzeti var idi. Bu qəzet daha çox kənddən, onun işıqlıadamlarından, təsərrüfatdan yazsa da, amma qəzetdəki mədəniyyət, ədəbiyyatşöbəsi mərhum jurnalist, gözəl pedaqoq, həyatımda unudulmaz yeri olan, evindəçörək kəsdiyim Nəriman Zeynalovun qayğısı ilə demək olar ki, ədəbiictimaiyyətin diqqətini çəkmişdi. Şöbəyə Vaqif Bəhmənli rəhbərlik edirdi.Nəriman müəllimin birbaşa tapşırığından sonra hörmətli Vaqif müəllim mənə biraz da artıq diqqət ayırmışdı. O, təkcə şeirlərimi çap etmirdi, həm də söz-sənətadamları barəsində yazılar yazmaq barədə mənə tapşırıqlar da verirdi. Məhz"Sovet kəndi" qəzetində həmin o qala divarının dibindən tanıdığım,salamlaşıb hal-xoş etdiyim oğlanla bir az da yaxın münasibətimiz yarandı. İndiartıq qarabağlı kimi, bir bölgəninadamları kimi də yaxınlaşmışdıq. Onun "Ulduz" jurnalında nəşr olunmuşvə zamanına görə ədəbi mühitin diqqətini çəkmiş povesti yaşıdlarım arasındageniş müzakirə olunurdu. Səmimi etiraf edim ki, bizim dövrün, daha doğrusu,bizim ədəbi nəslin bu uğuru hamımızı həvəsləndirmişdi. Necə deyərlər, yaşlınəslin qarşısına tutarlı, samballı bir əsər qoyulmuşdu. Bununla da yaşlı nəsləsanki bir mesaj verilmişdi:

- Ədəbiyyatvar, yaranır və yaranacaq! Heç nə bitib tükənmir, yerində dayanmır!

Daha biran. Artıq onu söz adamları da, mədəniyyət-ictimaiyyət aləmi də tanıyır... böyükbir qəzetin şöbə müdiridi... öz ətrafı, öz üslubu, necə deyərlər, öz dəst-xətti, öz yolu var. Pəncərəsindənbaxdığım "Azərbaycan" nəşriyyatının əksər işçiləri, özü də təkcəjurnalistlər yox, eləcə də çap sexində çalışanlar da onu tanıyırdılar. Həttanəşriyyatın birinci mərtəbəsindəki böyük yeməkxana və burada çalışan yaşlıkassir xanım da onun gəlişinə sevinirdi. Burada hər kəs özü özünə xidmətedirdi. Əlimizdə sini götürdüyümüz yeməklərlə kassaya yaxınlaşanda o bizdənöndə dayanıbsa, mütləq arxaya çönüb özündən sonra növbə gözləyən dostların,tanışların da yeməyinin pulunu ödəyirdi. Özünəməxsus şəkildə kassir xanıma:

- Hamısımənlikdi! - deyirdi.

Bilmirəm,bu məqamı xatırlamağım, daha doğrusu, dilə gətirməyim nə qədər əxlaqauyğundu, amma deyir "aşıq gördüyünü çağırar". Mən gördüyümü, şahidiolduğumu, yaddaşıma köçürdüyümü yazmağı özümə borc bildim. Çünki bu həyatımınçox qəribə məqamları ilə bağlıdı. Onun hərəkətləri heç kimə qarşı bir özündənrazılıq, özünü göstərmək, özünü reklam etmək təsiri bağışlamırdı. O, sadəcə hərşeyi o qədər səmimi edirdi ki, etiraza yer qalmırdı. Adama elə gəlirdi ki, eləbelə də olmalıdı...

Dördüncüan. Artıq Qarabağ göylərini qara buludlar alır... Ölkədə mitinq havası hökmsürür... meydan aşıb-daşır... hər kəs öz bildiyi, öz bacardığı, özünün gücüçatdığı bir şəkildə nəyinsə qulpundan tutmağa, nə isə etməyə çalışır. İndi mənDağlıq Qarabağda fəaliyyət göstərirəm və elə bilirəm ki, bura qayıtmağımla hərşeyi yerinə qaytarıb qoyacam... Qara buludları "sim-sim" deməkləqovub haqqı, ədaləti bərpa edəcəm. Amma onda bilməsəm də, indi bütün gerçəkliyiilə anlayıram ki, çox yanılmışam. Hətta o səviyyədə yanılmışam ki, nə torpaqüçün, nə də ailəm üçün heç nə edə bilməmişəm. Yazdıqlarım da, şahidi olduğumhadisələr də, əlimdə tutduğum silah da ən yaxşı halda nə vaxtsa tarix üçündü.Təbii ki, o da ona lazım olsa. Çünki ordudan təxris olunandan sonrayaxınlaşdığım bir məmur gözlərimin içinə baxa-baxa dedi:

- Səniorduya mən göndərməmişəm ki, indi durub mənim üstümə gəlirsən...

Hə, bu dabeşinci an...

...Ölkəmüstəqillik qazanıb. Doğulduğum kənd işğal olunub, özü də gözlərimin qarşısındayandırılıb, tüstüsü göylərə bülənd olub... az qala havalanmışam, eləhavalı-havalı da yazmışam.

Yandıevim-eşiyim

Yandıdivarım, daşım

İsit, qoymaüşüyüm-

İsit məni,göz yaşım...

Hə, baxbelə bir məqamda üçüncü dəfə qaçqınlığın nə olduğunu yaşamağa başlayanda üztutdum "Azərbaycan" nəşriyyatına. Dəhlizdə qarşılaşdıq. Yenə həminkiqaynarlığı ilə, həminki mehribanlığı ilə görüşdü. İlk kəlməsindən"vəziyyətdən xəbərdaram!" deyib qolumdan tutdu:

- Birlikdəişləyərik!

Elə biliçimdə ümid qığılcımı alışdı... elə bil düşdüyüm qaranlıq quyudan çıxmaq üçünkimsə mənə bir kəndir atdı, bir nərdivan uzatdı... Elə bil qarşımda bir ağ yolaçıldı, başdan-başa ağappaq yol... İnanın ki, o ana qədər, o qarşılaşmaya qədərbelə bir təklif, belə bir münasibət gözləməmişdim, heç ağlımdan dakeçirməmişdim. Ona görə də özümdən asılı olmadan yerimdə quruyub qalmışdım.İndiki məşhurların sözü olmasın, sanki stresdəydim, şoka düşmüşdüm. Qolumunsıxıldığını hiss edəndə özümə gəldim və onun dediyinin nə qədər həqiqətolduğunu dəqiqləşdirmək üçün bir az təəccüb, bir az heyrət, bir az da tərəddüdləgözlərinin içinə baxdım. Axı zamanının ən populyar bir qəzetinin redaktorununilk qarşılaşmada, dərdin içində girinc olduğun bir vaxtda təqdimatsız,tapşırıqsız, hətta "şirinliksiz" səni öz kollektivinə dəvət etməsidoğrudan-doğruya qeyri-adi bir yanaşma idi. Lap yumuşaq desək, mənim üçünmöcüzə sayılacaq bir gerçəklik idi. Arxada, yəni sığındıqları uşaq baxçasındaməni gözləyən ailəm üçün bundan böyük hədiyyə, bundan böyük müjdə, bundanşirin, bundan şad xəbər ola bilməzdi. Bunları mənə, ailəmə o verdi.

Altıncı an.Bir yerdə işləyirik. Cəbhə müxbiriyəm. Qarabağdan, müharibədən, qaçqınlardan,bir sözlə, özümdən yazıram, öz həyatımdan yazıram. Yeganə məqsədim gördüyüm,yaşadığım gerçəyi yazmaqdı. Etiraf edim ki, qəzetin və onun baş redaktorununadı hər yerdə əlimdən tutur, hər yerdə köməyimə çatır, hər yerdə məni saydırır.Mən də öz əxlaqıma uyğun olaraq qəzetin də, onun kollektivinin də, redaktorununda adını, nüfuzunu qorumaq üçün nəyi bacarıramsa, onu da etməyə çalışıram. Bax,belə məqamların birində o, mənə dedi:

- Sənuşaqlarının qayğısına qal! Qəzetin problemlərini özüm həll edəcəm. Başqalarınaverdiyim tapşırıqların sənə aidiyyatı yoxdu.

Bəli, mənonu bu dəfə təkcə redaktor, jurnalist kimi yox, həm də qayğıkeş dost, böyükqardaş kimi tanımağa başladım. Çünki etdiyimiz söhbətdə o, mənim necəyaşadığımı, necə dolandığımı bütün çılpaqlığı ilə bir-bir üzümə söylədi vəsonda da vurğuladı ki, mənim ailəni dolandırmağa, qəzeti vaxtlı-vaxtındaoxucuya çatdırmağa imkanım var. Sən uşaqların üçün nəyi bacarırsansa, onu et.Özüm də sənə kömək edəcəm.

Bəlkə bufikirlər kimlər üçünsə ayrı prizmadan yozuldu, göründü, kimlərsə bunu yarınmaqkimi qiymətləndirdi... Olsun. Mən buyazını yazmaq qərarına gələndə həmin yozumun, həmin şit təbəssümlərin olacağınıgöz önünə almışdım. Ona görə də bir Allah şahiddi ki, yaşadıqlarımı, şahidiolduqlarımı, gördüklərimi yazıram. Məhz təkcə mənim yox, övladlarımın dahəyatına, yaşamına diqqət ayırdığını təkrar-təkrar mənə deyən, hətta bunu bəzənhökmlə diktə edən baş redaktorun səmimiyyətini bütün ömrüm boyu özümlə,övladlarımla birlikdə illərdən-illərə daşımışıq və daşıyacağıq da. Çünki bubizim, yəni qaçqınlığın, yurdsuzluğun bütün sitəmlərini yaşamış bir ailəninhəyatda eşitdiyi, hiss etdiyi ilk və ən böyük qayğı, diqqətdi. Bunu unutmaq eləözünü, əxlaqını, insanlığını, yediyin duz-çörəyi, verdiyin salamı unutmaq kimibir şeydi.

Yeddincian. Artıq yenidən Bakıya köçmüşəm. Necə deyərlər, redaksiyada kollektiviniçərisindəyəm... İndi daha çox təmasımız olur. Tez-tez birlikdə döyüşbölgəsinə, eləcə də müxtəlif rayonlara səfərlər edirik... yol-yoldaşlığımızzamanı onu daha yaxından tanıyıram. Mənim üçün sirli olan, maraqlı olanneçə-neçə məqamlar ortaya çıxır. Bəzən anlaya bilmədiyim, tərəddüd içərisindəqaldığım vaxtlar da olur. Çünki o, dəvət olunduğu məclislərin hamısında məni dəözü ilə yanaşı əyləşdirir... öncə məni təqdim edir, mənim yazı - pozumdandanışır. Və mən bu qəribə məqamlarda sıxıldığım kimi, həm də özüm də bilmədəndaxilən qürrələnirəm, fərəhlənirəm, mənə olan münasibətin böyüklüyü,səmimiyyəti içərisində özümə yer tapa bilmirəm. Onun ürəyinin genişliyinə, onunvəhylə söylədiklərinə heyran qalıram. Həttaqonağı olduğu dostuna ərklə dediyi sözləri bir az çəkinə-çəkinə qəbuledirəm, dinləyirəm. Çünki o, açıq bir şəkildə ərki olan dostuna hamınınyanında:

- Əbülfətüçün bir pay hazırlayın! - deyir.

Onlar daməmnuniyyətlə mənə, mənim ailəmə pay düzəldirlər, maşınımıza həmin o payı qoyub"nuş olsun!" deyirlər. Və biz ölkəni birlikdə gəzir, birlikdəxeyir-şər məclislərinə gedir, birlikdə ailələrimizin, özümüzün və qəzetimizinproblemlərini bölüşürük.

Səkkizincian. Mən ömrümün 33 anının hər birini yazmaq istəyirəm. Çünki onların hər birimənim üçün əzizdi, maraqlıdı və həm də onların hər birinin içərisində təkraryaşamaq istədiyim və istəmədiyim məqamlar var. Amma etiraf edim ki, yaddaşımayazılmış, ömrümə hopmuş bu anlar məni şərəfləndirir. O anların sayəsində mən dəkifayət qədər cəmiyyətdə görünmək imkanını haqq etmişəm. Onun millət vəkiliseçilməsi... seçki prosesinin özü, bu proseslər zamanı baş verən hadisələr, onayarınan bir çoxlarının "qaynatdığı ağzı qapaqlı qazanlar", ortadaçömçə kimi, özü də yuyulmamış çömçə kimi fırlananlar, onun adından, nüfuzundan,eləcə də müəyyən məqamlardakı həlimliyindən istifadə edərək qılığına giribözünə "xal" toplayanlar, daha kimlər, kimlər... nələr, nələr... Həttaməni öz ailəsinə qəbul edib üzümə qapı açması və kimlərinsə (təbii ki, indi adçəkməyin nə yeridi, nə də məqamı. Heç buna lüzüm da yoxdu - Ə.M) günahı üzündəntöhmət almağım da ömrümün həmin o anlarındandı. Və mən bu anlar üçün öncəAllahıma, sonra da ona minnətdaram. Elə bu yazını da həmin o minnətdarlığınkiçik bir ifadəsi kimi yazıram. Yazıram ki, o, özünün 60 yaşında mənə ayırdığı33 an üçün təəssüflənməsin... Yazıram ki, bu 33 anın ona nə qədər doğma vəyaxud yad olduğunu o da bir anlıq düşünsün... Yazıram ki... bugünküyubilyarımız bilsin ki, mən elə həmin sədaqətlə, həmin səmimiyətlə, həmininamla qarşıda məni gözləyən anların yolundayam. O anlar mənə ayırsa da, ayırmasada!..

Bəli, oxucufikirləşər ki, görəsən yerdə qalan anları niyə kağıza köçürmədim. İndi onunniyəsini deyim. Çünki bir dəfə özünə demişəm, daha doğrusu, söhbət zamanıbildirmişəm ki, Allah ömür versə,təqaüdə çıxa bilsəm, sizin və başqa bir dəyərli, bu gün vəzifədə olan dostumbarəsində ürəyimdə, yaddaşımda olanların hamısını "Xatirələrim" adıaltında yazacam. Ona görə də indi qalan anları yazmıram. Yazsam, ondaxatirələrimi ya oxumayacaqsınız, ya da maraqsız olacaq...

60 yaşınmübarək, 33 il bundan əvvəl qazandığım DOST!

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV