adalet.az header logo
  • Bakı 20°C
05 Fevral 2018 17:13
14345
SİYASƏT
A- A+

Cümhuriyyət varisi AZƏRBAYCAN

XX əsrin ikinci onilliyi Azərbaycan tarixinə iki dərin iz buraxdı. 1918-ci ilin əvvəllərində baş vermiş həmin tarixi hadisələrdən biri faciə, insanlıq əleyhinə cinayət, soyqırım tarixi idisə, digəri qürur, iftixar tariximiz idi. Belə ki, 1918-ci ildə Azərbaycan xalqı həm mart soyqırımına məruz qalmış, həm də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdı. 1918-ci il, mayın 27-də M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şura Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında qərar qəbul etdi. Beləliklə 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan olundu. O dövrdə Azərbaycanın müstəqilliyinə maraqlı olan tək bir ölkə vardı, o da qardaş Türkiyə dövləti idi. Məhz bu baxımdan Xalq Cümhuriyyətinin xarici siyasətdə ilk uğurlu addımı iyunun 4-də Türkiyə ilə sülh və dostluq müqaviləsinin imzalaması oldu. Bütün şərq və Türk islam dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruluşu yardıldı.

 Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixi salnaməsində xüsusi yer tutdu və çox çəkmədən 1920-ci ilin aprelində süqut etdi. XX əsrin 90-cı illərində Azərbaycan SSRİ-nin dağılması fonunda yenidən öz müstəqilliyinə qovuşdu. Müstəqilliyin ilk illərindən rəsmi şəkildə bəyan edildi ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Və bu anlamlı, tarixi ifadəni ümummilli lider, ulu öndər Heydər Əliyev söyləmişdir. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində müstəqilliyini bərpa etmiş Azərbaycan hər il Xalq Cümhuriyyətinin ildönümünü qeyd edir. Ümummilli liderin Yeni Azərbaycan Partiyasının Ⅰ qurultayında söylədiyi nitqində demişdir. "Mənim xalqım - Azərbaycan xalqı indi azaddır. İndi müstəqil Azərbaycan var, heç kəsdən aslı olmayan, müstəqil yaşayan dövlət var…”, "Bütün çətinliklər keçib gedəcəkdir, Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənəcək, dünya birliyində hüquqi dövlət kimi həmişə yaşayacaqdır”. Bu belə də oldu. Günümüzdə Ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil dövlət indi onun davamçısı cənab prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasındadır. Məlum olduğu kimi 2018-ci il, may ayının 28-də Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin. Həmçinin prezident İlham Əliyev imzalamış olduğu digər bir sərəncamla 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. Prezidentimizin bu qərarı insanları birləşdirən, həmrəyliyə çağıran, vətən sevgisindən qaynaqlanan hadisənin qərarıdır. Bununla prezidentimizin milli dəyərlərimizə göstərdiyi hörmət qaçılmazdır. Bunu görməmək mümkün deyil. Bayrağımızın, himnimizin, gerbimizin yarandığı, müstəqilliyimizin elan olunduğu ili sevinclə qeyd edəcəyik. Xalqımız hər zaman öz dövlətini, dövlət siyasətini dəstəkləyir. Ona görə əminliklə deyə bilərəm ki, hər şey gözəl olacaq. Müstəqilliyimiz daimi və əbədi olsun. Dövlətimiz var olsun. Müstəqilliyimizin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Uğurların bol olsun Azərbaycan!

Aygün Osmanova, Yeni Azərbaycan
Partiyasının üzvü