ANA SƏHİFƏ / İDMAN

Karateçilərimiz Rusiyanın Soçi şəhərində tarixi nəticə göstəriblər

4986    |   2018-02-05 16:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Karateçilərimiz Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında tarixi nəticə göstəriblər. Qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır.

Yarışın son günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (-67 kq, şəxsi məşqçisi Elnur Həsənov) qitə çempionu olub. Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) isə ardıcıl olaraq ikinci dəfə avropa üçüncülüyünü qazanıb.

Yarışın ilk günü Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) və Polina Hurenko (-47 kq, şəxsi məşqçisi Denis Morozov), ertəsi gün 16-18 yaşlı gənclər arasında Hümmət Baxşəliyev (-61 kq, şəxsi məşqçisi Vüqar Kərimov) qızıl medala sahib olub. Mədinə Sadıxova (-48 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) isə gümüş medala layiq görülüb. Roman Heydərov (kata), Aytac Əliyeva (-55 kq) və Fəridə Əliyeva (+67 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsə də nəticədə medalsız qalıblar.

44 ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan 5-ci yeri tutub. Qitə çempionatında idmançılarla birlikdə olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Baş katib MirHəsən Seyidov federasiyanın tarixində ilk olan bu nəticəni yüksək qiymətləndiriblər. Yeniyetmə karateçilərin bu ilin yayında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiadasına qatılmaq üçün hazırlıqları davam edəcək.




İmza:
SON XƏBƏRLƏR
2018-05-27
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK