adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Fevral 2018 16:30
15725
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: Cənnət olur, parası da cəhənnəm...
































Qızarıbdı gözlərimin qarası,
Sızıldayır ürəyimin yarası...
Elə bilki, günlərimin parası-
Cənnət olur, parası da cəhənnəm...

Ah! tökülür yarpaq kimi, gah tək-tək,
Yarpaq özü "ah" da çəkir,"ah" tək-tək
Günlərimdən gün seçirəm şah, tək-tək
Cənnət olur, parası da cəhənnəm...

Lap əzəldən ,bu necə bir gəlişsə,
Adıma, ya qismətimə nə düşsə...
Anlamıram inanın ki, nə işsə-
Cənnət olur, parası da cəhənnəm...

Bir şairə, bir şeirə, bir də ki..
And yeridir, bir göydə, bir yerdə ki!
Siz güldükcə, mən çəkdiyim dərtdə ki-
Cənnət olur, parası da cəhənnəm...