ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Həmid Herisçinin istedadsızlığı üzə çıxdı

6791    |   2018-02-05 16:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış yazıçı-publisist Həmid Herisçi ötən gün ARB TV-də yazarların qonaq olduğu "Düz bazar" verilişindəki söhbətə münasibət bildirib.

Həmid bəy verilişin qonaqları olan Şəhriyar del Gerani, Şərif Ağayar və Salam Sarvanı şair taleyi yaşamamaqda və bədahətən şeir yazmaq istedadı olmamaqda qınayıb: "Bu günün əsl şairləri meyxana ustalarıdır. Mərhum Məşədi Babadı, Elçindi, Bayram Kürdəxanlıdı. Şeir onlayn rejimdə yazılmalı, bədəhətən deyilməlidir-bu nadir xüsusiyyətlər indi dünya poeziyasında ancaq Azərbaycanda qalıb, dəqiq desək meyxana janrında. Müzakirə iştirakçılarıını incitmək istəmirəm, çoxlarını yaxından tanıyıram. Ancaq bu iştirakçılar şair deyil, sadəcə ziyalılardı".

Həmid Herisçi çağdaş yazarları mərhum meyxana ustaları ilə müqayisə edib: "Mən bir dəfə Məşədi Babanın dörd saat canlı şəkildə şeir deməyini eşitmişəm. Biz yeddi dəfə onun köynəyini dəyişdik. Gördük dayanmır. Ürəyi partlayıb ölə bilər. Yavaşca şillə vurduq Məşədi Babaya. Dedik ayıl, ölərsən... Həəə əsl şair o idi. Bizim şairlər, tirajlanmaq, hallanmaq istəyirlər. Öz eqolarının əsirləridirlər. Eqolarını dəf etsələr, hə, belələrinə şair demək olar. 

P.S. Həmid Herisçinin özünün dediklərini nəzərə alsaq, deməli, meyxana deyə bilmirsə, o da istedadsızdır.



İmza:
SON XƏBƏRLƏR
2018-05-27
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK