ANA SƏHİFƏ / MARAQLI

Dünyanın ən qorxulu adamları - II

3842    |   2018-02-05 14:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır











Liborio Bellomo

Amerikada mafiya ən çox New York City, New Jersey, Filadelfiya, New England, Detroit və Çikaqoda fəaldır. Nyu Yorkda Gambino, Lucchese, Genovese, Bonanno və Colombo olmaqla 5 ailə cinayət dünyasını idarə edir.

Ən böyük və güclü olan ailə isə Genovese ailəsidir və mərc saytlarına nəzarət etmələri ilə tanınırlar. Hazırkı liderləri Daniel Leo həbsdə olmasına baxmayaraq, cinayət dünyasının yüksələn ulduzu olan Liborio Bellomo onu əvəz edir.









Pasquale Scotti

Camorra, mərkəzi İtaliyanın Neapol şəhəri olan bir təşkilatdır və 16-cı əsrə qədər gedib çıxır.

Camorra sözü ilk olaraq 1735-ci ildə istifadə edildi. Müdir mənasına gələn capo və Neapolda oynanan bir küçə oyunu olan morri sözlərinin birləşməsindən yaranır. Camorra ailələri ilk başlarda Nigeriya və Alban mafiyaları ilə birgə işləyib.

Neapolda işsizlik səviyyəsi yüksək olduğundan, uşaqlar kiçik yaşlarda mafiyalar tərəfindən oğurluq və narkotik qaçaqmalçılığında istifadə olunurdu.

Camorranın lideri Pasquale Scotti 1985-ci ildən bəri qəsdən adamöldürmə və meyit saxlamaq kimi maddələrlə axtarılırdı. 1990-cı ildə haqqında beynəlxalq həbs əmri çıxarıldı. Qaçaqçılıq etdiyi 27 ilin ardından onun haqqında hələ də konkret məlumatlar əldə edilməyib. Ölmüş ola biləcəyi versiyası da var.



Giovanni Motisi

Siciliya mafiyasına birbaşa bağlı olan Motisi mafiyası İtaliyanın Palermo şəhərində yerləşir.

1980-ci illərdə Matteo Motisinin liderliyini etdiyi təşkilat, Matteonun cinayətdən yaxalanıb ömür boyu həbsə məhkum edilməsi ilə birlikdə əmioğlusu Giovanni Motisi liderliyində yoluna davam etdi.

Qəti qərarlı, yerindəcə öldürən və şiddət tərəfdarı kimi tanınan Giovanninin də bu an yaşayıb yaşamadığı bilinmir. Amma böyük ehtimalla Siciliyanın cənubunda Agrigentoda olduğu güman edilir.



Vicente Carrillo Fuentes


Meksikada Ciudad Juarezdə narkotik alveri edən Juarez Cartel təşkilatı, verdiyi işgəncələrlə tanınırdı. Qurbanlarını öldürdükdən sonra hər kəsin görə biləcəyi meydanlara atıb qorxu yaradırdılar.

Təşkilatın lideri Amado Carrillo Fuentes 1997-də bir estetik əməliyyatı nəticəsində həyatını itirəndə 25 milyard dollar sərvəti varıydı

1998-də təşkilatın başına Amadonun qardaşı Vicente Carrillo Fuentes keçdi. Meksikanın digər vacib narkotik qaçaqmalçıları olan Ismael "Mayo" Zambada, Beltrn Leyva qardaşlar və Joaqun "El Chapo" Guzmn ilə yaxın münasibətlər qurdu. Amma Sinaloa Cartel təşkilatı ilə razılaşa bilmirdi və mübahisələrin ciddiliyi 2004-ci ildə tavana vurdu.

Vicentenin qardaşı Rodolfo Carillo kino çıxışı, Guzman Loeranın əmri ilə vuruldu. Buna qarşılıq Vicente də Guzman Loeranın həbsdəki qardaşını öldürtdü. İki qrup arasında ədavət hələ də davam etsə də Vicente Carrillo Fuentes, Meksikanın ən böyük narkotik qaçaqmalçılarının başında gəlir.

Amerika Birləşmiş Ştatları Fuentesin tapılması üçün 5 milyon dollar mükafat ayırıb.




Matteo Messina Denaro

Matteo Messina Denaro, dünyanın ən böyük mafiya biri olan Siciliya mafiyasının lideridir (The Godfather).

2008-ci ildə Siciliya iqtisadiyyatının 25.2%-inin yəni 1.4 milyard avronun mafiya tərəfindən təmin olunduğu müəyyən edilmişdi. Bu tapıntılar İtaliya polisinin üzərində bir təzyiq yaradıb, mafiyanın üstünə getməsini tələb edirdi.

Denaro 50 yaşında bir playboy idi və dünyanın ən zəngin, ən vəhşi və ən populyar insanlarındanıydı. 2011-ci ildə Denaronu tutmaq üçün mütəşəkkil bir təşəbbüs göstərildi, lakin səylər nəticə vermədi.





Daut Kadirovski


Avropa İttifaqının baş bəlası olan Alban mafiyası, narkotik və silah qaçaqmalçılığı edirdi.

Təxminən 500 nəfərdən ibarət olan təşkilat, 1980-ci illərdə Amerikaya köçüb burada İtalyanlarla toqquşmuşdular. İtaliyadakı avtomobil oğurluqlarının və İngiltərədəki seks ticarətinin böyük bir qisminin Alban mafiyası tərəfindən nəzarət edildiyi güman edilir. Həmçinin Fransa, İsveçrə, Kanada, Belçika, Almaniya, Avstraliyada fəaliyyət göstərirlər.

Alban mafiyasının neçə dənə lideri var bilinmir amma bunlardan birinin Daut Kadriovski olduğu bilinir. Kadriovski hazırda 12 Avropa ölkəsi tərəfindən axtarılan şəxsdir.


Dieqo Perez Henao

Kolumbiyalı narkotik qaçaqmalçıları Los Rastrojos, Avropanın bir çox ölkəsinə narkotik satmaqdadır. Sinaloa Cartel ilə yanaşı çalışan təşkilatın digər bir ortağı da Norte del Valle Carteldir. Amma bəzilərinə görə isə Norte del Valle Cartel ilə Los Rastrojos eyni təşkilatdır.

Təşkilatın lideri Comba ləqəbli Luis Enrique Calle Serna, 2012-ci ilin Mayında həbs olundu və yerinə Dieqo Perez Henao keçdi. Henao təşkilatın lideri olmazdan öncə, təşkilatda killerliklə məşğul idi.




İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-02-18
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK