adalet.az header logo
  • Bakı 13°C
05 Fevral 2018 14:11
19279
ŞOU-BİZNES
A- A+

HACILAR YIĞIŞIB NADİR QAFARZADƏNİ MƏHKƏMƏYƏ VERƏCƏKLƏRMİ?!

Müğənni Nadir Qafarzadə çox ciddi bir açıqlama verib və bildirib ki, Tolik «hacılara, Moskvadakı varlı adamlara və bəzi «məmurlara» qadın satır». Qadın deyəndə də şou əhlindəki müğənniləri nəzərdə tutur. Tanınmış müğənnilərdən Cavanşir Məmmədov və Əli Mirəliyev də Qafarzadəni dəstəkləyir.

Moskvadakı varlı adamları və bəzi «məmurları» qoyaq bir kənara, ən böyük ittiham hacılaradı. Hacılar belə iş tutmazlar axı. Gedəsən Kəbəni, Mədinəni ziyarət edəsən, müqəddəs Zəm-zəm suyundan içəsən, sonra da gəlib zinakarlıq yapasan? Heç inanılası deyil. Mümkün olan iş deyil.

Allah bağışlayandır, amma bu dərəcədə yox da, bu günahı bağışlamaz axı. Belələri mütləq cəhənnəmə gedər.

Yəqin ki hacılar bunu Nadir Qafarzadəyə bağışlamazlar, ən azı bu təhqirə görə onu məhkəməyə verərlər. Nadir bəy də özünü belə yandırdı.

Yeri gəlmişkən, hələ utanmazlar belə bir lətifə də düzəltmişdilər ki, bir hacı maşınını küçədə müştəri gözləyən qızların yanında saxlayıb deyir ki, gəlin sizi aparım saunaya.

Qızlar:

- Axı, siz hacısınız?

- Eybi yox, bir də gedərəm.