adalet.az header logo
  • Bakı 13°C
05 Fevral 2018 13:59
10095
SİYASƏT
A- A+

HƏSƏNQULU KİŞİ, QURBANLIĞINI HAZIRLA

Bu günlərdə sevgili ATƏT-in Minsk qrupunun sevgili amerikalı həmsədri (adı dilimin ucundaydı, tüpürdüm, yenə düşmədi), əsrimizin Şeyxnəsrullahlarından biri ölmüş rayonlarımızı diriltmək üçün kamal-ədəblə ölkəmizə təşrif gətirəcək. Ola bilsin bu dəfə sizə qonaq düşdü. Qonaqpərvərliyimizi göstərmək şərəfi sənin üzərinə düşür. Gərək əsrimizin Şeyxnəsrullahlarından birini yüksək səviyyədə qonaqlayasan, ayağının altında qurban kəsəsən. Yaxşı olar ki, qurbanlığın da elə Qarabağ erkəyi olsun. Qarabağ erkəyinin dadı başqadı axı.

Ötən əsrin əvvəlində bir Şeyx Nəsrullah vardı, indi dörd dənədi: Minsk qrupunun üç üzvü və daimi nümayəndə Kasprşik.