Adalet.az | A.H.Tanpinar adına məktub yarışması başladı Adalet.az | A.H.Tanpinar adına məktub yarışması başladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

A.H.Tanpinar adına məktub yarışması başladı

7413    |   2018-02-05 12:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə Cümhuriyyəti, Bursa şəhər Osmanqazi Bələdiyyəsi tərəfindən hər il həyata keçirilən Ahmed Hamdi Tanpinar adına yarışma başlamışdır.

Yarışmanın Azərbaycan koordinatorluğundan verilən məlumata görə, bu il yarışmaya əsərlər məktub janrında qəbul olunacaq.

Yarışmada iştirak şərtlərini təqdim edirik:

Yarışmaya göndərilən əsərlər məktub janrında olmalı, yazıçı A.H.Tanpınara ünvanlanmalıdır.

Əsərlər Türkiyə türkcəsiylə yazılmalı, mətnin həcmi məktub janrına uyğun olmalıdır.

Əsərlər"Tanpınara məktub”mövzusunda yazılmalıdır.

Müsabiqəyə göndərilən əsərlər daha öncə heç bir mətbuat orqanında dərc olunmamalıdır (belə hal aşkarlanarsa, əsər yarışmadan kənarlaşdırılacaq).

Yarışmaya bir müəllif yalnız bir əsər göndərə bilər.

Yarışmaya hər yaş katoqoriyalarından olan yazarlar qoşula bilər.

Əsərlər müəlliflərin öz adları ilə deyil, ləqəbləri ilə təqdim olunmalıdır(tərcümeyi – hal ayrıca faylda göndərilməlidir).

Yarışmanın nəticələri may ayında elan ediləcək, mükafatlar sahiblərinə5 May 2018-ci ildəBursa şəhərində keçiriləcək mərasimdə təqdim olunacaq.

Yarışmaya göndərilən əsərlər komissiya tərəfindən seçilərək, Osmanqazi bələdiyyəsi tərəfindən kitab şəklində nəşr olunacaq.

YarışmadaI yerin sahibinə 5000, II yerin sahibinə 3750, III yerin sahibinə 2500 manatpul mükafatı veriləcək.

Əlavə iki müəllifə həvəsləndirici mükafat olaraq 1250 manat veriləcək.

Yarışmaya son qatılım tarixi:28 mart 2018-ci il

Əsərlə[email protected]ünvanında qəbul olunur.

P.S.A.H. Tanpınar ədəbiyyat müsabiqəsində daha öncə qalib olan müəlliflər bu yarışmada bir daha iştirak edə bilməzlər.




İmza:
SON XƏBƏRLƏR
2018-08-14


VİDEO