ANA SƏHİFƏ / MƏMLƏKƏT

Gədəbəydə yetişdirilən fərqli alma və armud sortları

KƏRƏM NƏBİYEV AİDİYYATI QURUMLARDAN KÖMƏK GÖZLƏYİR

4359    |   2018-02-05 12:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda bağçılıq təsərrüfatı demək olar ki tənəzzül dövrünü yaşayır. Bir müddət əvvəl yerli meyvələrlə bəzədilən bazar piştaxtaları, market və pərakəndə satış obyektlərində indi mənşəyi məlum olmayan meyvələr meydan sulayır. Redaksiyamıza müraciət edən Kərəm Nəbiyev də bu kimi problemlərdən qaynaqlanaraq bağçılıq təsərrüfatının inkişafı ilə bağlı bir sıra təkliflərinin olduğunu dilə gətirdi. Onun sözlərinə görə, bu istiqamətdə davamlı addımlar atmaqla, sahibkarlara dövlət qayğısını artırmaqla ciddi irəliləyişlərə nail olmaq olar. K.Nəbiyev onu da deyib ki, regionlarda bunun üçün gözəl imkanlar var. Belə ki, dağlıq və dağətəyi rayonlarda olan meşə massivlərinin bir çoxunda eləcə də ailə kəndli təsərrüfatlarına məxsus ərazilərdə tingçilik yolu ilə meyvəçiliyi dirçəltmək olar.

K.Nəbiyev özünün meşəçi ailəsində doğulub boya başa çatdığını deyir. Qeyd edir ki, uzun illər foto muxbir vəzifəsində çalışıb. Eyni zamanda Azərbaycan Təbiəti Jurnalı ilə yaxından əməkdaşlıq edib: "Gədəbəy rayonunda meşəçi ailəsində doğulmuşam. Görünür təbiətə sevgi-marağım ordandır. Reportyoqluq kursunu bitirmişəm. Mngəçevir qəzetində çalışmışam. Bir müddət də sinif müəllimi olmuşam. Sonralar isə Azərbaycan Təbiəti jurnalı çapa gedən vaxtdan bu jurnalla əməkdaşlıq etmişəm. Adakemik Həsən Əliyevlə müxtəlif yerlərdə olmuşam”.

Həmsöhbətim deyir ki, Gədəbəydə tingçilik yolu ilə alma və armud ağacları yetişdirib: "Deyirlər bağa baxarsan bağ olar, baxmarsan dağ olar. Bizdə Gədəbəydə də özümə məxsus təsərrüfatım var. Bağımda 200-dən artıq ağac var ki, bu ağaclara xüsusi qulluq edirəm. Günlərin bir günü tingçilik yolu ilə fərqli növdə alma və armud yetişdirməyi qərara aldım. Oğuzdan qızıləhmədi almasının tingini gətirib fərqli üsulla ting elədim. Nəticədə isə həm çəkisi, həm görünüşü fərqli alma sortu yetişdi. Bu almaların birinin çəkisi 550 qramdır. Eyni zamanda həm çox şirin həmdə ki, tez yetişir. Armudlar da həmçinin həm çəkisinə görə, həm də yetişməsinə görə fərqlidir. Palmetlə, ting etdiyim alma sortu isə bütün Gədəbəydə maraqla qarşılanıb”.

K.Nəbiyev onu da bildirib ki, hazırda bu tingləri çoxaltmaq yönündə iş aparır. Ancaq bir sıra problemlər var: "Bu tngləri çoxaltmaq yönündə düşünmüşəm. İstəyirəm ki, bazarlarda yerli məhsullarımız olsun. Nəyə görə, GMO məhsulları yeməliyik, xaricdən baha qiymətə alırıq onların necə və hansı üsulda yetişdirildiyindən xəbərimiz belə yoxdur. Qohum əqrəba, kənd sakinləri məndən bu tingi istəyirlər. Mən onlara bunu hədiyyə edirəm. 5 ildən artıqdır ki, yetişdiridiyim bu sortla bağlı aidiyyatı qurumlara da müraciəöt etmişəm. Bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyində də görüşlərim olacaq. İstəyim odur ki, dövlət bizə bir az dəstək olsun bu sahəni daha da inki.af etdirək. Gədəbəydə meşə təsərrüfatı ərazisində olduqca geniş yrlər var. Həmin yerlər tam istifadəsizdir. Yaxşı olar ki, həmin ərazilərdə meyvəçiliyin inkişafı ilə bağlı addımlar atılsın”.

Ədil Ədilzadə




İmza:
SON XƏBƏRLƏR
2018-05-27
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK