adalet.az header logo
  • Bakı 18°C
05 Fevral 2018 12:12
13389
KRİMİNAL
A- A+

Oğurluq edən 7 nəfər tutuldu

Xaçmazda oğurluq etmiş şəxslər tutulub.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qusar RPŞ-nin əməkdaşları tərəfindən yanvarın 15-də rayon ərazisindəki mağazaların birindən 700 manat, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakinləri Mirzəağa Cəlilov, İsmayıl Həsənov və Saleh Osmanov saxlanılıblar.

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 1-dən 3-dək olan müddətdə Nizami küçəsində yol kənarına quraşdırılmış məhəccərdən 58 ədəd bəzək əşyası oğurlamaqda şübhəli bilinən Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuş Loğman Yusifov və 3 yeniyetmə saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.