ABŞ-da AXC-nin 100 illiyi qeyd olunur
Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Boston şəhərində, ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin tanınmış "Cohen" kino zalında "Əli və Nino" filminin təqdimatı keçirilib.
Səfirlikdən verilən məlumata görə, tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri və Boston sakinləri iştirak edib.
Təqdimatda çıxış edən Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub, "Əli və Nino" kitabının tarixi əhəmiyyətini və bugunkü aktuallığını qeyd edib, bu əsərin onda böyük təəssürat yaratdığını vurğulaıb. Daha sonra çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam olduğu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncam imzaladığını qeyd edib. Azərbaycan diplomatı ADR-ın müsəlman Şərqində ilk demokratik respublika olması, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladıb.
"Əli və Nino" filminin Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü olduğunu qeyd edən səfir Süleymanov bu filmin yüksək keyfiyyətini və aktyorların olduqca istedadlı performansını söyləyib, əsərin ərsəyə gəlməsində L.Əliyevanın töhfələrini görməyin mümkünlüyünü vurğulayıb. Daha sonra baş tutmuş filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və böyük emosional təəssürat yaradıb.
Qeyd edək ki, səfir E.Süleymanov həmçinin ABŞ-ın ən məşhur təhsil olacaqlarından biri olan Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin müəllim və tələbə heyəti qarşısında çıxış edib və Azərbaycanın həyata keçirdiyi xarici siyasət, o cümlədən irimiqyaslı regional layihələr, Cənub Qaz Dəhlizi, habelə Ermənistanın Azərbaycanın 20% ərazisini işğal etməsi və soydaşlarımıza qarşı apardığı etnik təmizləmə siyasəti barədə məlumat verib.
Digər Xəbərlər
24 Aprel 2024 14:37
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
24 Aprel 2024 14:36Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTOLAR + YENİLƏNİB
24 Aprel 2024 14:29Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
24 Aprel 2024 14:12Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır
24 Aprel 2024 14:00