adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Fevral 2018 10:22
16145
KRİMİNAL
A- A+

DİN əməliyyat keçirdi, 51 nəfər tutuldu

Fevralın 3-dən 5-dək respublikanın daxili işlər orqanları tərəfindən 177 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, onların 39-u "isti izlər"lə açılıb.

Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.