adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Fevral 2018 11:08
10134
MƏMLƏKƏT
A- A+

Heybətdə əlavə stansiya yolları qoyulur

Dəmir yolunda icrası davam etdirilən irihəcmli layihələrin başa çatdırılmasından sonra yük dövriyyəsinin yüksək həddə çatması gözlənilir və bu məqsədlə texniki sahədə əsaslı işləri görülür.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan dəmir yollarında proqnozlaşdırılan gələcək yük dövriyyəsi imkanlarının genişləndirilməsini nəzərə alaraq, Heybət stansiyasında ümumi uzunluğu 3,1 kilometr təşkil edən əlavə 4 stansiya yolunun qoyuluşuna başlanılıb.

Qeyd edək ki, Heybət stansiyasında əlavə stansiya yollarının salınması işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir. Müəssisənin direktor müavini Şəmsəddin Talıbov məlumat verərək bildirib ki, hazırda torpaq yatağının işlənməsi prosesi gedir.