adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Fevral 2018 11:00
13613
DÜNYA
A- A+

Afrində 947 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı son hesabat açıqlanıb.

Adalet.az xəbər verir ki, Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, "Zeytun budağı” əməliyyatının 16-cı günündə 12 terrorçu məhv edilib.

Məlumatda qeyd olunub ki, əməliyyatlarda indiyədək 947 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.