GÖZƏLLİYƏ ÇAĞIRIŞ

VAQİF YUSİFLİ
40265 | 2013-03-30 07:26
(Tanınmışyazıçı-jurnalist Sədaqət Kərimovanın 60 yaşına)

Onun imzasıilə çoxdan tanışam. Bu tanışlığın 40 ilə yaxın tarixi var. Hər hansı müəllifitəbii ki, yazılarına görə tanıyırlar və sevirlər.

On iləvvəl, əlli yaşı tamam olanda haqqında iki kitab çapdan çıxmışdı. "SədaqətKərimova-50" (bu metodik vəsaiti M.F.Axundov adına Azərbaycan DövlətKitabxanası nəşr etmişdi) və jurnalist həmkarı Müzəffər Məlikməmmədovun"Sədaqət" kitabı (həyat və yaradıcılığı barədə qeydlər, düşüncələr,fikirlər).g Bu kitablar həyatını publisistikaya, poeziyaya və nəsrə həsr edən,istər Azərbaycanda, istərsə də Dağıstanda yaxşı tanınan Sədaqət xanımın bir azda məşhurlaşmasında az rol oynamadı. Oxuculara, xüsusən onu yaxşı tanımayanlaraməlum oldu ki, Sədaqət Kərimovanın bir ziyalı və jurnalist, şair və nasir kimiformalaşmasında, heç şübhəsiz, Azərbaycan ədəbi mühitinin müstəsna roluolmuşdur. O, mənsub oduğu ləzgi xalqının dilində də yazıb-yaratmış, bu dildə 7kitabı, ümumiyyətlə isə 17 kitabı işıq üzü görmüşdür.

Sədaqətxanım həm də musiqili xanımdır, bəstələri var, Bakıda ləzgi "Suvar"instrumental ansamblını yaratmışdır, onun bədii rəhbəridir. Bu, həmin Sədaqətxanımdır ki, Bakıda Dağıstan Dövlət Universitetinin filialında Dağıstanfilologiyası fakültəsinin ləzgi və avar dilləri bölməsinin yaradılmasınıntəşkilatçılarından biri olmuş, Azərbaycanın ləzgi gənclərindən burada oxumağa10 nəfəri cəlb etmişdir. Özü də burada ləzgi dili və ədəbiyyatı fənnini tədrisetmişdir. Bu, həmin Sədaqətdir ki, Bakıda "Ləzginka" adlı rəqsməktəbini yaratmışdır.

Və SədaqətKərimova neçə illərdir "Samur" qəzetinin redaktorudur.

SədaqətKərimovanın - 1953-cü ilin martın 30-da Qusardadünyaya gələn, ilk şeiri də Qusar rayonunda çıxan "QızılQusar" qəzetində çap olunan, sonralar Azərbaycan və ləzgi dillərindəneçə-neçə nəsr və şeir kitabı nəşr edilən bu ziyalı xanımın öz doğulduğudiyara, onun milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə, musiqisinə və hərşeydən əvvəl insanlarına sevgisini çox təbii hesab edirik. Fikrimizcə, onun buyöndə fəaliyyəti digər azsaylı xalqların ziyalıları üçün də bir örnək olabilər.

Ancaq mənSədaqət Kərimovanı ilk növbədə, bütün varlığı ilə Azərbaycan ziyalı mühitinəbağlı bir insan hesab edirəm. Çünki onu bir publisist və şair-nasir kimitanıdan işlədiyi qəzetlər olmuşdur - "Sovet kəndi","Həyat", "Azərbaycan", "Günay". O, bu qəzetlərdəçap etdirdiyi yüzlərlə məqalə və oçerkləri ilə oxuculara üz tutmuş, onlar da bumüəllifi sevmişlər. Sədaqət Kərimova Azərbaycan dilində gözəl şeirlərin və nəsrəsərlərinin müəllifidir və onun şeirləri də, nəsr əsərləri də Azərbaycan ədəbidilinin gözəlliklərini özündə əks etdirir. Onun şeirlərini və nəsr əsərlərinidə bizim milli ədəbi prosesin məhsulu kimi qiymətləndirmək lazımdır.

Budur, onunpovest və hekayələrindən ibarət "Hal" kitabı.

"Hal"povesti bu kitabın təkcə adı yox, həm də bəzəyidir. Sədaqət xanım bu povestləinsan xarakterləri yaratmağın gözəl bir nümunəsini ortaya qoyub. Budur, onun qəhrəmanı Rəhman və onun dünyası:"Təbiətin qoynunda, tək-tənha məhəbbətə, nəvazişə, qayğıya təşnə ürəyinixatirələrlə ovundururdu. Bəzən onların təsirindən kövrəlir, uşaq kimi ağlayır,ağrısını, acısını, nisgilini, həsrətini boşaldırdı. Arxayın idi ki, adamlardanuzaqlarda onu görən olmaz. Amma yox, onu nəinki görən, hətta duyan, anlayan,dərdlərinə şərik olanlar vardı: başı üstə çətir tutmuş palıdlar, tozağacları,ağcaqayınlar, vələslər, qarağaclar budaqlarını əyib zərif yarpaqları ilə onundən düşmüş saçlarını sığallayır, quşlar öz şən nəğmələrinə ara veribhəzin-həzin ötür, böcəklər vızıltılarını kəsirdi". Bu təsvirlər deyim ki,təbiətə, onun rənglərinə, səslərinə yaxşı bələd olan bir insanın qələmindənçıxıb və təkcə bu əsərində deyil, hekayələrində də təbiət sevgisini bax beləcəifadə edən bir yazıçının incəmüşahidələrindən, təbiət duyğusundan yaranır.

Povestinqəhrəmanı Rəhman təbiətin özü kimi təbii və safdır, təbiətin qoynunda yaşamağı- meşəbəyilik vəzifəsi onu təbiətin bir parçasına çevirmişdir. Təbiətə məxsusmüxtəlif otlar və bitkilərlə - eltəbabəti ilə də məşğul olur, neçə xəstəni ölümdən qaytarır. Rəhmanın dostuAdildən ötrü Sərvinazı qaçırması onun həyatında dərin izlər buraxır. İllərkeçir və məlum olur ki, Sərvinaz da onun kimi mənəvi qayğıya və əsl sevgiyəmöhtacdır. İstər-istəməz bu hisslər iki insanı birləşdirir. Amma Rəhman bu münasibətlərdəözünü və Sərvinazı aşağılamır, əri həbsdə olan bu qadını yad təsirlərdənqoruyur və həyat yoldaşı Mayisənin, həbsdən qayıdan Adilin təhqirlərinəbaxmayaraq, öz hisslərinə xəyanət etmir. Onun sevgisi və Sərvinazın da onaməhəbbəti öz saflığını, təbiiliyini qoruyur.

SədaqətKərimovanın nəsr əsərlərində başlıca məkan kənddir, əsas qəhrəmanlar -personajlar isə kənd adamlarıdır. Bu hekayələrdə kəndin mənəviyyat aləmicanlandırılır. Ömrünün qürub çağını yaşayan qocalar, sevgi duyğuları iləyaşayan cavanlar, kənd ziyalıları bu yazıların rəngarəng mühitini canlandırır."Səhərlər xoruz banından tez durub axşamlar hamıdan gec yatmağa adət edən,ayaqları altında yer titrəyən, bir an işsiz oturmayan Xədicə arvad" ağırxəstəliyə tutulur və özü də başa düşür ki, gec-tez gözlərini əbədi yummalıdır.Amma dünyadan köç eləməmiş bir məktub qoyur və övladlarına, gəlinlərinəvəsiyyət edir ki, bir-birinizi qoruyun, qoca atanızdan muğayat olun("Vəsiyyət"). Xalis didaktik mahiyyət daşısa da, bu hekayədə sırfhəyat həqiqəti ifadə olunmuşdur.

SədaqətKərimova həyat müşahidələrinə malik bir nasirdir və xüsusilə bir-birindənfərqli müxtəlif insan obrazları yaratmaqda bu, daha çox nəzərə çarpır. O,maraqlı insan portretləri yaradır və bədii portret ustalığını nümayiş etdirir.Bir qarımış qızın - Ayişənin bədii portretini bütün zahiri və daxili cizgiləriilə rəsm edən müəllif "Qarımış" adlı gözəl bir hekayə ərsəyəgətirmişdir. İnsanın təbiətlə ünsiyyət və təmasını əks etdirən "Gecikmişbənövşə", "Qaratoyuq oxuyurdu" hekayələri də təbiidir.

Sədaqətxanımın həyatında dərin iz buraxan bir hadisə ustad, korifey sənətkar AşıqŞəmşirlə Kəlbəcərdə görüşü olmuşdur. Çox çətinliklə olsa da, Sədaqət xanımustadla görüşmüş, bu görüşdən "Ustadın yanında" adlı gözəl bir hekayədə yaranmışdır. Budur, həmin hekayədən bir səhnə: "Ustadın barmaqlarısazın tellərində gəzdikcə otaq şirin musiqi ilə dolurdu. Sonra oxumağa başladı.O oxuduqca dağların sinəsindən qıvrıla-qıvrıla keçən yollar, bu yollar boyuncauzanan zümrüd meşələr, allı-güllü yamaclar gözümdə canlandı. Hər saat bir şəklədüşən, dəlisov igidi xatırladan Dəlidağı gördüm, Murovun zirvəsində, qarın lapyanında bitmiş dağ çiçəklərinin xəfif ətri burnuma dəydi. Gəlin qayasınınxınalı daşlarından dırnaqlarıma xına qoydum.Söyüdlü yaylağındakı alaçıqların yanında çələng toxuyan qızlarıntamaşasına durdum. Uzaq əsrlərin əmanəti Vəng qalasına heyran kəsildim. Az qalahər qaya altından bir çeşmə çağlayan bu gözəl yurdun Xanım bulağının, yüz gözlüYüzbulağın, bol sulu, gecə-gündüz hayqıran Ayqır bulağın, Lilpar, Çınqılbulaqlarının, Vurğunun bir zamanlar heyranı olduğu Ceyran bulağının dadlısuyundan içdim.

Aşıq Şəmşiroxuyurdu. Bu, elə gözəl, elə məlahətli səs idi ki, uzun müddət, Ağdabanlavidalaşıb geri qayıdanda da qulaqlarımda səslənirdi".

SədaqətKərimovanın nəsr dili məhz bu cür təbiidir, dilimizin zərifliyini, incəliyiniəks etdirmək baxımından da təsirlidir.

SədaqətKərimovanın şeirləri toplanan "Qəlbinə boylan, insan!" kitabınıvərəqləyirəm. Əslində, bu şeirlərin əksəriyyətini işlədiyim"Azərbaycan" curnalından tutmuş müxtəlif qəzet və jurnalsəhifələrində izləmişəm, tanışolmuşam. Ən çox da xoşuma gələn onun təbiətlə bağlı şeirləri olub."İntizar" şerini xatırlayıram:

Turaclı,qumrulu, ağ leyli meşə,

Dodağışərbətli, həm meyli meşə.

Yaşıltellərini sərib çəmənə,

Məcnunusoraqlar bu Leyli meşə.

Marallarköçünü yığıb gedəli,

Kəkliklərhəsrətdən qübar edəli,

İnlədəryanına gəlib-gedəni,

Bu həzinkamanlı, bu neyli meşə.

Yas tutarhər sınmış budağa, qola,

Dərdinidanışar ağaca, kola,

Dikibgözlərini cığıra, yola,

Kimisəgözləyər gileyli meşə.

Bu şeirsırf peyzaj təbiətlidir. Təbiət Sədaqət Kərimovanın şeirlərində həm də insanhisslərinin və duyğularının ifadəsi olan obraz kimi də iştirak edir. Xüsusilə,sevgi şeirlərində təbiət obrazları hisslərin, duyğuların daha poetik ifadəsindəmühüm rol oynayır.

Bilirdim,haçansa dumana dönüb,

Dağdanyavaş-yavaş çəkiləcəksən.

Üfüqdəqızaran dan yeri kimi,

Bir günürəyimdə söküləcəksən.

Bilirdim,sakitcə uyuyacaqsan,

Ruhumu mehkimi öpə-öpə sən.

Bilirdim,axır ki qovuşacaqsan,

Mənimdənizimə ləpə-ləpə sən.

SədaqətKərimovanın şeirləri müasir Azərbaycan şeirinin doğma vəzni olan hecada qələməalınıb və bu vəznin yaşarı ənənələrini davam etdirmək mənasında da maraqlınümunələr kimi diqqəti cəlb edir. Təbii ki, mən bu şeirlərin mövzuları üzərindədayanmaq istəmirəm. Ona görə ki, əksər şairlərimizin şeirlərində işlənən və zərif duyğuları ifadəedən mövzuların hamısına biz Sədaqət xanımın da şeirlərində rast gəlirik.Vətən, ana məhəbbəti, təbiət gözəlliklərinin tərənnümü, günün, çağdaşdünyamızın müxtəlif problemləri onun şeirlərində də əks-sədasını tapır. AncaqSədaqət Kərimova bu məlum mövzularda öz poetik səsi və sözü ilə seçilə bilir.Bircə bəndlik "Şeh" şeirinə diqqət edək:

İnci təkparlayan ətirli şehdə

Əks olubgüllərin ağı, sarısı.

Yaz burdagəzəndə otların üstə

Qırılıbdüşübdür boyunbağısı.

Başqa birkiçik şerinə də diqqət yetirək: "Yoxdur üçüncü yol".

Səndən ayrıdüşmək çətindir yaman,

Səninləolmaq da deyil səadət.

Yoxdurüçüncü yol, üçüncü cığır,

Bəlkə eləbudur əsil məhəbbət?

SədaqətKərimovanın şeirlərinin əsas qəhrəmanı müasir Azərbaycan insanıdır və altmışilliyi münasibətilə qələmə aldığım bu yazını da onun insanlığa, gözəlliyə çağırış motivləri kimisəslənən "Qəlbinə boylan, insan!" şerindən bu misralarla bitirməkistəyirəm:

Hər günsöküləndə dan,

Günəşşəfəqlərinin

Rənginəboyan, insan.

Dünyanınaxarına,

Çəminəboylan, insan.

Tələsmə,ayaq saxla,

Sözlədoludur sinən.

Bu günkeçmişə dönən,

Dünənəboylan, insan.

Üzgün,yorğun qəlbinin

Harayınayetməsən,

Kövrəkpıçıltısına,

Himinəboylan, insan.

Barıbir az vaxt tapıb,

Qəlbinəboylan, insan!

Qəlbinəboylan, insan!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV