adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Fevral 2018 17:00
15556
DÜNYA
A- A+

ABŞ-da iki qatar toqquşdu: 2 ölü, 50-dən çox yaralı

ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

Yaralıların xəstəxanaya çatdırıldığı bildirilir.

Qeyd edək ki, "Amtrak” şirkətinə məxsus sərnişin qatarı Nyu-York-Mayami marşrutu ilə hərəkət edirdi. Qatarda 139 sərnişin və 8 heyət üzvü olub.

Toqquşma nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxıb. Hadisə yerinə xilasedicilər cəlb edilib.