adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

BAYRAMIN ƏZABI

SEYFƏDDİN ALTAYLI
56676 | 2013-03-30 07:25

Bayramlarbizim ən şad və sevincli günlərimizdir, bu hamıya məlumdur. Ümumiyyətlə millibayramlarımız isə təqvim və dini bayramlardan çox fərqlənir. Millibayramlarımız, ulu babalarımızın olum-ölüm döyüşündən uğurla çıxdıqları,talelərinin onları ağ qoçun üstünə tulladıqları və simurqun qanadına mindiribqaranlıq dünyadan işıqlı dünyaya çıxdıqları günlərin yadda saxlanıbnəsildən-nəslə ötürülməsi hadisələridir.

Hər bayramgəldikdə böyük-kiçik, kişi-qadın, oğul-uşaq hamı ən gözəl libaslarını geyinir,bir-birinə təbrik deyir. Xüsusilə Novruz Bayramı isə bizlər üçün daha bir ayrıməna daşıyır. Yaxşı xatırlayıram, kəndimizdə ən əziz bayram Novruz idi, o xalqarasında həm orucluq, həm də qurban bayramından daha ulu, daha müqəddəssayılırdı.

Bayramhazırlığını anam bir ay qabaqdan görərdi. Axır çərşənbədən qabaq qonşuqadınlarla iməcilik edib qovurqa qovurub onu kirkirədə çəkib qovutqayırardılar. Axır çərşənbə axşamı böyük bir qabımız vardı, anam onu qovutlaqalaqlama doldurur, üstünü sığallayıb yük yerinin üstünə qoyardı. "Bala,Xızır əleyhissalam ağ atıyla bu gecə gəzməyə çıxacaqdı. Hansı evə baş çəksəonun atının nalının izi o evdəki qovutun üstünə düşəcəkdir. Hansı evinqovutunun üstündə onun atının nalının izi görünsə, deməli, Allah baba o evə bolbərəkət və ruzi yollayacaqdır. Biz də dua edək ki, Xızır əleyhissalam evimizəgəlsin, bizlərə xeyir-bərəkət gətirsin". Anam ayrıca saxladığı qovutdanhalva düzəldər və onun bir topasını evimizin damına tullayar, "ey ocağınyiyələri, bu da sizin payınız!.." - deyərdi. Ona "ana, bu ocaq bizimdeyil bəyəmə - deyə sual verdikdə, "əlbəttə bizimdir, ancaq bu ocağı bizəmiras qoyub gedən dədə-nənələrimiz var, onların ruhu hər bayram gələndə gəlibocağını ziyarət edir, əgər halvadan onlara pay verməsək ruhları inciyər, bizdənküsərlər" deyərdi.

Biz uşaqlarüçün Novruz Bayramının başqa bir sevinci daha vardı; sevincdə səməni halvasınında ayrı bir yeri. Məhəlləmizin qadınları buğdanı cücərdər, dibəkdə döyər, sonrada bir təndirin başında yığışıb böyük qulqlu qazanlarda səməni halvasıbişirərdilər. Dibəklərdə döyülüb hazırlanan məhlulu doldurduqları qazanda uzunbir kösövün ucuna bağladıqları ərsinlə qarışdırar və ərsinin tiyəsinin ağzındayığışan qazmağı növbəyə dayanan bizlərə verərdilər. Kəndimizdə indi səmənibişirirlərmi, bilmirəmg Heyhat!..

Düz iyirmibir ildir hər bayram gələndə əzab çəkirəm. Kəndimizdəki bayramı Ankaradakıevimizdə, ordakı kimi olmasa da davam etdiririk, ancaq kəndin, ata-ananın,qohumların, yaxın dostların, ordakı qonşuların əlçatmaz uzaqlıqda olması hərbayram gələndə ürəyimi əzir. Artıq Şəhriyar demişkən, bayramda kəndimizdəkigecə quşları oxumur, sayıb-sevdiyimiz böyüklərimizin hardasa sümükləri dətorpaq olub. Bu dünyaya gəldilər, bizlərin ürəyində sevgi tumunu cücərtdilər,işıqlı dünyaya boylandıqları pəncərənin qabağından yavaşça sürüşüb getdilər.Dünya yalan, hər şey boş imiş. Görkəmli şairimiz Cahit Sıtkı Tarancı birşeirində;

Hayatabərabər başladığımız,

Dostlarlada yollar ayrıldı bir-bir;

Gittikçəartıyor yalnızlığımız...

- deyir.

Doğmakəndimizdən çıxalı iyirmi ildən çoxdur, kənddə qoyub gəldiklərim, xatirələrim,sevdiklərim Şəhriyar dəmişkən, itib-batıb dağılsa da məni zərrə qədərsarsıtmır, sadəcə olaraq ürəyimdə bir nisgil kimi qalırlar. Ancaq elə dərdlərvardır ki, bayram günlərində paslı bir xəncərə dönüb insanın ürəyinə sonqulubqalır, ha dart ki çıxardasan. Ulu babalarımızın hər bayramı təntənə ilə qeydetdikləri, Ulu Tanrı tərəfindən cənnətdən bu dünyaya köçürülmüş, bizəbağışlanmış yerlərimiz vardı; Şuşa, Kəlbəcər, Ağdam, Laçın, Füzuli və digərtorpaqlarımız, onların dünənki nökərlərimizin murdar çəkmələri altında tapdağaçevrilməsi hər gələn bayramı insanın ürəyində zəhərə döndərir. Keçən bu NovruzBayramında da həmin hissləri keçirdim, həmin iztirabları duydum, həm dəürəyimin ən dərin guşəsində. Bayram günü Türkiyədə yaranan ayrı birqanqaraldıcı əhvalat da ona əlavə oldu. Mərhum şairimiz Məmməd Akif ərsoy,"bir zamanlar biz də millət, həm də nə millətmişiz" deyəndə görəsənindiki nəslə, yəni bizlərə nəsə demək istəmişdi!ə Bir ovuc terrorçu nəyə görəbelə meydan sulayır, başa düşmək mümkün deyil ki, deyil!..

1985-ciildəndir yazıb-cızıram və dilimin döndüyü qədər də danışıram ki, İran şahı RzaPəhləvinin 1967-ci ildə həyata keçirdiyi Ağ İnqilab öz ixtirası deyildi, onuİngilis-Amerikan gücü həyata keçirtmişdi. 70-ci illərdən sonra onlara biri dəqoşuldu və bir trio yarandı, indi Orta Şərq və Yaxın Şərqdə onların diktəsihəyata keçirilir. Diyəsən yel ki, belə əsir bölgədə çox qanlar axacaq, çoxocaqlar sönəcəkdi. İraqda dörd milyon Türkmən yaşayırdı, onları heç kəs nəzərəalmadı, Suriyada üç milyon yarım Türkmən yaşayır, onlar da nəzərə alınmayacaqdı,sabah biri gün zərbə İrana yönəlsə ordakı otuz beş milyonluq kütlə də özgəsinəqul ediləcəkdi. Mən bu barədə qəti fikirliyəm. Görünən kəndə nə bələdçi.İraqda, Livyada, Misirdə nələr baş verdi gördük, növbə özgələrinə gəlib çatıbdiyəsən. Bu fikrimin də əsası var. Xomeyni, Parisdə olanda mərhum ağsaqqalımızŞəriətmədariyə söz vermişdi ki, Şah qovulandan və öz hakimiyyətləri yaranandansonra İranda yaşayan türklərə öz mədəni hüquqları veriləcəkdi. Ancaq o Parisdəngəlib taxta çıxandan sonra verdiyi sözü danmaq da nədi, Şəriətmədarini evdustağı etdi, hətta həkimin ona verdiyi dərmanları belə almağına, istifadəetməyinə icazə vermədi. O Şəriətmədari ki, Şah Xomeyninin qətlinə fərmanverəndə ona ayətullahlıq diplomu verərək ölümdən xilas olmasını təmin etmişdi,Türkiyə də onu qonaq kimi qəbul etmiş, hörmətlə yanaşmışdı. Xomeyni,Şəriətmədariyə qarşı o addımı atarkən arxasında Qərb dünyası dayanmışdı, onadayaq vermişdi.

Ulu Tanrımüqəddəs kitabımız "Qurani-Kərim"də Rad surəsinin on birinci ayəsindəbuyurur: "Bir millət özünü dəyişdirmədikçə Allah onların vəziyyətinidəyişdirməz". Deməli biz ya özümüzü dəyişdirməliyik, ya da məhv olubgetməliyik.

Allahaxırını xeyir eləsin.

SeyfəddinAltaylı, Ankara

altaylı[email protected]

TƏQVİM / ARXİV