adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Fevral 2018 15:27
13303
DÜNYA
A- A+

ABŞ-da qrip şoku: 16 uşaq öldü

ABŞ-da qripə görə son bir həftə ərzində 16 uşaq həyatını itirib.

Adalet.az xəbər verir ki, bununla da oktyabr ayından indiyə qədər ABŞ-da qripdən ölənlərin sayı 53-ə yüksəlib.

Məlumata görə, ABŞ-da 2010-cu ildən sonra ilk dəfə qriplə bağlı xəstəxanaya müraciət edənlərin sayında rekord artım qeydə alınıb. ABŞ hökuməti qriplə mübarizə üçün mümkün tədbirləri görsə də, müəyyən məqamlarda vətəndaşların öz sağlamlıqlarının qeydinə qalmaması ölüm hallarının yaşanmasına səbəb olub.