Gürcüstan sərhədində nəzarət gücləndirildi
Gürcüstanda sərhəd keçid məntəqələrində fitosanitar və baytarlıq nəzarəti sərtləşdirilib.
APA-nın xəbərinə əsasən, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb.
Gürcüstanda istehlak bazarının mühafizəsi və idxal olunan qida məhsullarının təhlükəsizlik standartlarını təmin etmək məqsədilə hökumətin müvafiq qərarlarına dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, ölkəyə idxal olunan qida məhsullarının mənşəyi ilə bağlı şübhə yaranarsa, laboratoriya analizləri başa çatmayana qədər onların reallaşdırılmasına icazə verilməyəcək. Həmin məhsulların sahibləri onları digər məhsullardan ayıraraq gömrük anbarına yerləşdirməli olacaqlar.
Bu vaxta qədər qadağan olunmuş və arzuolunmaz maddələrin aşkar olunması məqsədilə sərhəd keçid məntəqələrində nümunələr üzrə laboratoriya analizi aparılıb. Lakin nəticələr məlum olmayana qədər məhsulların sahibləri onların satışını həyata keçirə bilib. Şübhəli qida məhsulları sərbəst dövriyyədə çətinliklə müəyyən olunduğundan onlar insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb.
Digər yeni qaydaya əsasən, idxal olunmuş məhsulda il ərzində 2 dəfə patogen mikroorqanizmlər müəyyən olunarsa, konkret istehsalçıdan həmin məhsulun idxalı 1 il müddətinə dayandırılacaq.
Digər Xəbərlər
18 Aprel 2024 18:37
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18 Aprel 2024 18:09F-16 qırıcısı yaya qədər Ukraynaya verilə bilər
18 Aprel 2024 16:56İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib
18 Aprel 2024 15:43İran əməliyyatdan 72 saat əvvəl Bakıya məlumat verib - Nazir AÇIQLADI
18 Aprel 2024 15:20