adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Fevral 2018 11:58
12271
DÜNYA
A- A+

Kiprdə prezident seçkilərinin ikinci turu başlayıb

Kiprdə prezident seçkilərinin ikinci turuna artıq start verilib.

Adalet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, səsvermə yerli vaxtla saat 18.00 sona çatacaq.

Prezident seçkilərinin birinci turu yanvarın 28-də keçirilib. Səsvermənin nəticələrinə görə, ikinci tura 35,5% səs toplayan sağçı "DİSİ” partiyasından namizəd, ölkənin hazırki prezidenti Nikos Anastadiadis və 30,25% səs toplayan solçu "AKEL” partiyasının nümayəndəsi Stavros Malas keçib.

Seçicilərin siyahısında 551 minə yaxın 18 yaşına çatmış ölkə vətəndaşı var. Səsvermə zamanı ictimai təhlükəsizliyin təmin edilməsinə təqribən 2 min polis əməkdaşı cəlb edilib.