adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Fevral 2018 13:09
10686
İDMAN
A- A+

Azərbaycan İspaniyaya qarşı

Sloveniyanın Lyublyana şəhərində təşkil olunan futzal üzrə Avropa çempionatında Azərbaycan millisi bu gün mübarizə apardığı D qrupunda sonuncu oyuna çıxacaq.

Qol.az-ın məlumatına görə, komandamız İspaniya ilə görüşəcək. Üç komandalı qrupda ilk oyunda Fransaya qalib gələn Joze Alesionun futzalçıları artıq 1/4 finala çıxmağı təmin ediblər. Bu mərhələdə komandamızın rəqibi C qrupundan 1/4 finala vəsiqəni təmin edən Portuqaliya və ya Ukrayna olacaq. Qeyd edək ki,hərəyə 3 xal toplayan həmin komandalar da bu gün qarşılaşacaq. Bundan sonra qrup lideri və ikincisi müəyyənləşəcək. Məhz bu qrupun təmsilçiləri ilə millimizin yer aldığı qrupun qalibləri 1/4 finalda qarşılaşacaqlar.

Bu baxımdan turnirin favoritlərindən hesab olunan ispanlarla görüş qrupdakı yerimizin müəyyənləşməsi və 1/4 finaldakı rəqibimizin kim olması baxımından əhəmiyyətlidir. İspaniya yığması millimizə uduzacağı təqdirdə qrupda qalmaq ehtimalı olduğundan görüşün gərgin keçəcəyini proqnozlaşdırmaq olar.

23:45. Azərbaycan – İspaniya

Hakimlər:Vladimir Kadikov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)