adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

TOFİQ ABDİN
34545 | 2013-03-30 07:24

"Altmışıncılar"dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimizkimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdırandeyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətinbütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızınaltmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eynianlamda intibah illəri kimi yaddaşlara həkk olunub.

Məsələn,sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıya bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat vəya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adlarıortalıqda hallanan yazan və sənət adamları sonrakı nəsil tərəfindən heç dəkönül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcəonlardan bəzilərini yenidən xatırlatmaq istərdim.

"OİLLƏR SÖZÜN BƏXTİNİN AÇILDIĞI İLLƏRİDİ"

-Altmışıncıların haqqında düşüncələriniz.

- O illərdətəkcə ədəbiyyatda, poeziyada deyil, ictimai fikirdə, milli azadlıqmücadiləsində yavaş-yavaş oyanış duyulurdu. Universitetdə, ali məktəblərdəgizli siyasi dərnəklər yaranırdı. Bəxtiyar Vahabzadənin "Gülüstan"poeması qeyri-leqal şəkildə yayılsa da dillər əzbəri idi. Xəlil Rzanın"Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram. Qolumdakı zəncirləri qıramgərək, qıram-qıram" şeirini aman Allah necə şövqlə deyirdik. Dilindən"Təbriz", "Araz", "Cənub" düşməyən Xəlil bəylədurub-oturmağı özümüzə şərafət bilirdik. Balaş Azəroğlunun, Əli Tudənin, MədinəGülgünün, Söhrab Tahirin vətən həsrətli şeirləri hamımızın qəlbində sızıltıyadönmüşdü. Sizin bir dostunuz var idi Tanrıqulu adında. Elə sizin evdə onunla tanış olmuşduq. Aramızdayaş fərqi olduğundan onunla bir az ehtiyatla davranırdıq. Az danışan,qaraqabaq, bir az da zəhmli Tanrıqulunu başa deşmək bizdən ötrü xeyli çətinidi. Siz də heç nə demirdiniz. Sonradan, xeyli sonradan başa düşdük ki,Tanrıqulu sən demə elə-belə adam deyilmiş, gizli siyasi fəaliyyətdə imiş. Oillərdə heç nədən çəkinməyib imperiyanı, müstəmləkəçiliyi açıq-saçıq şəkildə özalovlu çıxışları ilə tənqid edən Sabir Rüstəmxanlının cəsarəti bizi heyrətəgətirirdi. O illərdə ya tələbə, ya da aspirant olan Əbülfəz Elçibəyi dəgendən-genə tanıyırdıq. Bir sözlə, ali məktəbdə oxuduğum altmışıncı illərəməxsus dörd il şəxsən məndən ötrü Çingiz Aytmatov demişkən, bir əsrəbərabərdir.

- Mənə eləgəlir ki, bir az qapalı həyat yaşayırsan. Bakının Yazarlar camiəsində azgörünürsən. Nədir bu özünə qapanış? Bir incikliyinmi var? Dostlardanmı xəyanətgörmüsən, yoxsa...

- ƏzizimTofiq, təxminən iki il bundan əvvəl axırıncı dəfə görüşmüşük. Yadımdadır ki, ovaxt bir-birimizə qarşılıqlı arzumuz olmuşdu. İndi onların bəzisi gerçəkləşib.Mənim 2 cildliyim nəşr olunub, sənin gərgin, fədakar əməyin dövlət tərəfindənqiymətləndirilib; "Respublikanın əməkdar mədəniyyət işçisi" fəxriadına layiq görülübsən, bir daha təbrik edirəm.

Nikbinnotlarla başladığım bu görüşdən sonra mənə bir qədər bədbinlik gətirən sualınıncavabına keçmək istəyirəm.

Əziz qardaşım,Yazarlar camiəsi dediyin şey mənə tamamilə yad anlayışdır. Mən həmin camiədənəinki görünməmişəm, heç onun həndəvərində də dolanmamışam. Yazarlar camiəsi,yaxud əbədi mühit məndən ötrü cəmisi 4 il - 1963-1967-ci illərdə Universitetdəoxuduğum vaxt olub və deyim ki, o 4 il bütün ömür boyu ədəbi mühitin,ədəbiyyatın nə demək olduğunu müəyyənləşdirməkdə mənə kifayət edib. Aman Allah,o illər necə qaynar illər idi. Elə bil SÖZÜN bəxti açılmışdı. Hamı nəinki şeiroxumağa, şeir əzbərləməyə can atırdı. Küçədən keçəndə qulağın misralareşidirdi. Ədəbiyyat mübahisələri, müzakirələr ara vermirdi. O illəryadındadırsa, sən, mən, digər dostlarımız şeir dərnəklərində iştirak edirdik.Tofiq Mütəllibov, Tofiq Bayram, Cabir Novruz, Ağacavad Əlizadə, Kələntər Kələntərlikimi ədəbiyyatı dərindən bilən, poeziyaya ilahi qüdrət kimi baxıb onunməsuliyyətini bizlərə dərk etdirməyə çalışan savadlı, mədəni, səviyyəli dərnəkrəhbərlərimiz var idi. Allah onlara qəni-qəni rəhmət eləsin. O illərin hərgünü, hər saatı məndən ötrü qiymətlidir. Məndən ötrü "Yazarlarcamiəsi" məhz həmin illərdə mövcud idi. Yadındadırsa cavan şair olanbizləri ali məktəblərə, peşə məktəblərinə, fəhlə yataqxanalarına, lap eləqızlar yataqxanasına görüşə dəvət edirdilər. Şəxsən məndən ötrü o görüşlərdəsəslənən alqış sədaları ilahi səs kimi indi də qulaqlarımdadır. Xəlil Rza birdəfə Sabir Rüstəmxanlı ilə məni Siyəzəndə keçirilən şeir gecəsinə apardı. Böyükmədəniyyət sarayı ağzına kimi dolu idi. Bizi necə alqışladılar... İsaİsmayılzadə, Səyavuş Sərxanlı, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Tofiq Abidin,Vidadi Məmmədov, adını çəkmədiyim digər dostlarımı o illərdə qazandım. Sonrakıillərdə mənim əlimdən yapışan da elə sizlər oldunuz. Sabir Rüstəmxanlı"Yazıçı" nəşriyyatının baş redaktoru olmasaydı sovet dövründə çapolunan ikicə kitabım işıq üzü görməyəcəkdi. "Ulduz","Azərbaycan" jurnallarında İsa İsmayılzadə baş redaktorun müaviniolmasaydı məni həmin dərgilərə yaxın buraxan kim idi. Beləliklə, mən ədəbimühitdə 4 il olmuşam, vəssalam. Özün bilirsən, Yazıçılar Birliyinin də üzvüdeyiləm ki, heç olmasa arayışdan-filandan ötrü o tərəflərdə görsənim. Ancaqədəbi mühitdən kənar qalmağı da qəhrəmanlıq hesab etmirəm. Bir para məsələlərdəkənarda qalmağım mənə ziyan gətirməsə də əsəb gətirib. Təsəvvür elə, uzun siyahılartutulur. Məsələn, tutaq ki, bölgələrdə yaşayan yazarların siyahısı. Həminsiyahıda 30-40 adamın adı olur, məndən başqa. Bunu qəsdən edirlər, ya necə,deyə bilmərəm. Masallı rayonunun rəhbərləri xeyirxah iş görüb "Masallınınsöz çələngi" adlı almanax buraxıblar. Dostumuz Vaqif Yusifli almanaxagiriş sözü yazıb. - ---Almanaxdakı bütün yazarların adını çəkib. O siyahıda damən yoxam. Lütfən həmin almanaxı götürüb oxu, özün qiymət ver. Mənim orda gedənşeirlərimdən güclü şeir olsa denən Vaqif Yusifli düz eləyib. Və soruş, mən buadama, yaxud bu adamlara neynəmişəm. Bax belə... Yazarlar camiəsi deyilən şeybudur.

Bundansonra orda görünməyə dəyər, ya dəyməz. İndi Azərbaycanın Səməd Vurğunu, ƏliağaVahidi, Bəxtiyar Vahabzadəsi yoxdur ki, bu adamların sənətinə uşaqdan böyüyəköhnə dillə desək, ümumxalq sevgisi olsun. İndi hər bir yazarın olsa-olsa biraz böyük, bir az kiçik oxucu auditoriyası var. Siyahılarda mənim adımıunudanlar bilsinlər; bu auditoriya məndən ötrü də istisna deyil, Azərbaycanşerində Tofiq Hüseyn adlı yazar var və olacaq...

- Çoxişlənmiş sual olsa da bilmək istərdim, YAZI-POZUNU seçməyinizdə bir təkanolubmu?

- Bu sualıncavabı xeyli uzaqlara gedib çıxır. Orta məktəbdə dəqiq fənlərdən yaxşı qiymətalmamışam. Buna səbəb lap erkən vaxtlarımdan bədii kitablara marağım olub.Əvvəl məktəb, sonra kənd, sonra rayon kitabxanasında nə qədər bədii əsər varidi hamısını oxumuşdum. Allah rəhmət eləsin, riyaziyyat müəllimimiz var idi,sonra respublikanın Əməkdar müəllimi fəxri adına layiq görüldü; Niftiyev Nadir.Yoldaşı Leyla müəllimə ədəbiyyat müəllimi olsa da Nadir müəllim ədəbiyyatıondan az bilmirdi. Bir dəfə bizə sərbəst mövzuda inşa yazdırdı. Dəftərləriyoxlayıb qiymətləri elan eləyəndə dedi: "Tofiq ya jurnalist olacaq, ya dayazıçı. Güclü qələmi var. Nə bilim vallah, bəlkə Nadir müəllimin həminsözlərini sən dediyin "təkan" hesab eləmək olar.

- Ömür yoludeyilən bir yol təbii ki, hər bir adam üçün təkrarsız hesab olunur. Keçdiyin buömür yolundan razısanmı?

- Birtərəfdən razıyam, başqa tərəfdən narazı. Bir azərbaycanlı kişinin öz ailəsinə,balalarına mümkün olan nələri edə bilirsə, mən həmin işləri görmüşəm. Kişi özünə ev tikməlidir, tikmişəm. Övladlarımıntərbiyəsindən, qanacağından şikayətim yoxdur. Onların hər ikisi ali təhsilalıb, hər ikisi ev-eşik sahibidir.

Məsələninbir tərəfi belədir, yaradıcılıq tərəfinə qalanda keçdiyim ömür yolundan bir elərazı deyiləm. Yaradıcılıqla daha ciddi, daha məsuliyyətli məşğul ola,potensialımı tam üzə çıxarda bilərdim. İçimdən gələn çoxlu arzu-istək var idi.Onları reallaşdırmağa sadəcə olaraq tənbəllik elədim.

(Davamedəcək)

Tofiq Abdin

[email protected]

www.tofigabdin.com

TƏQVİM / ARXİV