adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Fevral 2018 17:35
15920
KRİMİNAL
A- A+

Sabirabad və Masallı sakinlərindən sənədsiz ov tüfəngləri götürülüb

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zalqarağac kənd sakinləri İsmayıl Baxşəliyevin və Pərvər Məmmədovun yaşadıqları evlərə baxış zamanı müvafiq sənədləri olmayan "Tula” və "TОZ-16” markalı ov tüfəngləri götürülüb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa NBPİ–nin əməkdaşları tərəfindən Masallı rayon sakini Tarverdi Tağıyevdən də müvafiq sənədləri olmayan nömrəsi silinmiş "İJ-58” markalı ov tüfəngi götürülüb.