adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Fevral 2018 15:17
8036
HADİSƏ
A- A+

FHN Sumqayıtda yanan apteklə bağlı məlumat yaydı

Bu gün gündüz saatlarında Sumqayıt şəhərində aptekdə yanğın baş verib.

Hadisə ilə bağlı FHN-dən Adalet.az-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 62 m2 olan aptekin anbarının yanar konstruksiyaları və içərisində olan ləvazimatlar 30 m2 sahədə yanıb.

Məlumata görə, yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qeyd edilir ki, aptek yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​