adalet.az header logo
  • Bakı 13°C
03 Fevral 2018 13:13
19190
MARAQLI
A- A+

Cənubi Afrikada tarixi quraqlıq yaşanır

Cənubi Afrika Respublikası tarixi quraqlıq dövrü yaşayır.

Adalet.az xarici KİV-lərə istinadən xəbər verir ki, su ehtiyatının ciddi şəkildə azalması səbəbiylə adambaşına su istifadəsi 50 litrlə məhdudlaşdırılıb.

Ölkənin ikinci böyük şəhəri Cape Tovnda anbarların su ilə doluluq səviyyəsi 100%-dən 26%-ə qədər enib.

Aprel ayının ortalarında su kranlarının tamamilə quruyacağı təxmin edilir.

Klimatoloq Simon Gear təhlükəylə bağlı yerli sakinlərin yetəri qədər səy göstərmədiklərini bildirib:

"Xalq xəbərdarlıqlara umulduğu qədər əməl etmədi. Bu səbəblə qabaqlayıcı tədbirlər gedərək daha da sərtləşdirilir. Su istehlakı gündə 50 litrdən aşağı endirildi. Bu bir reallıqdır ki, əgər insanların davranışlarını dəyişdirmək istəyirsinizsə, ciblərini hədəf almalısınız. Su qiymətlərinin kəskin qaldırılması qədər başqa heç bir şey xalqın mövqeyini dəyişdirməyəcək”.

Quraqlığın pəncəsindəki ərazilərdə ən tez iyun ayında yağıntının olması gözlənilir.

Mütəxəssislərə görə, Cape Tovn dünyadaki iqlim dəyişikliyinin təsirini görən ilk böyük şəhər olacaq.

Quraqlığın turizmə də mənfi təsir göstərəcəyi istisna olunmur. Artıq turistlərin suyun qənaətlə istifadəsi nəzərdə tutulan otellərdə qeydiyyatlarını ləğv etdirdiklərinə dair məlumatlar yayılıb.

Ölkə iqtisadiyyatının 9%-ni təşkil edən turizm ötən il ölkəyə 35 milyard dollar civarında xeyir gətirib.(modern.az)