adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Fevral 2018 13:08
10704
GÜNDƏM
A- A+

Əflatun Amaşov onun adından istifadə edənlərə SƏSLƏNDİ: “Mətbuat Şurası tədbir görəcək!”

"Qaynar-xett.az” saytı "əməkdaşlarına” payladığı vəsiqələrin üzərində Mətbuat Şurasının adını və qurumun sədri Əflatun Amaşovun "imzası”nı qeyd etməklə saxtakarlığa əl atıb.

Məsələ ilə bağlı Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun AmaşovModern.az-a açıqlama verib. Mətbuat Şurasının sədri deyib ki, saxta sənəd hazırlayan şəxslər hüquqi məsuliyyət daşımalıdır ki, belə hallar yenidən təkrarlanmasın.

"Mətbuat Şurası belə halların qarşısının alınması üçün müvafiq addımlar atacaq. Biz ilk növbədə cəmiyyətə açıqladıq ki, belə hallar var. Kimlərsə bu cür hallarla qarşışalarsa, bilsinlər ki, həmin sənədlər saxtadır. Burada məqsəd onlara qarşı mübarizə aparmaqdır”.