adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Fevral 2018 11:38
16867
KRİMİNAL
A- A+

Bakıdakı 57 min dollarlıq ailə dramının şok təfərrüatı - VİDEO

Ötən gün Bakıda qadının öz evindən külli miqdarda pul oğurlayıb tanışı olan bir kişiyə verməsi ilə bağlı xəbər vermişdik. Bu gün hadisənin bəzi təfərrüatları məlum olub.

Adalet.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, yanvar ayının 30-da Binəqədi rayon polis idarəsinə müraciət edən şəxs, mənzilindən 57 min 700 dolların oğurlanması barədə məlumat verib. Araşdırmalar zamanı pulun ev sahibinin arvadı tərəfindən götrülməsi əsaslı şübhələr yaratdığından əməliyyatçılar qadını saxlayıblar. İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra etraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi polisi bu işdə şübhəli bilinən 30 yaşlı paytaxt sakini Ramil Muradovu saxlayıb. Saxlanılan şəxs ifadəsində bildirib ki, həmin qadınla onlayn alış-veriş saytlarından birində əşya alarkən tanış olub. Ramil Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü chr("39")chr("39")hepatitchr("39")chr("39") xəstəsi kimi təqdim edərək ondan maddi kömək istəyib.

Ramil Muradov bu yolla ötən ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb. Qadın pulları xəstə bildiyi dələduza ərindən xəbərsiz verib. Ramil Muradovun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.

Polis idarəsindən verilən məlumata görə, qadın sərbəst buraxılıb. Amma Ramil Muradov barəsində dələduzluq və hədə qorxu ilə pul tələb etmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.