adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Fevral 2018 11:49
16271
DÜNYA
A- A+

İran: Ya biz məhv olacağıq, ya da…

İslam inqilabı ilə dünya imperializmi arasında böyük fikir ayrılığı mövcuddur.

Bunu Dünya İslam Məzhəblərini Yaxınlaşdırmaq Qurumunun rəhbəri, iranlı ayətullah Möhsün Eraki Məşhəd şəhərində təşkil edilən "Fələstin intifadasına dəstək” konfransında çıxışı zamanı söyləyib.

"ABŞ və İsrailin simvol olduğu imperializm ilə islam inqilabı arasında böyük fikir ayrılığı var. Fikir ayrılığı və ziddiyət gələcəkdə nələr olacağını müəyyənləşdirməkdən ötrü çox önəmli rol oynayır. Ya biz qalacağıq, ya da İsraillə ABŞ.

Bizim kimliyimiz islami kimlikdir. Allahdan başqa heç kimin liderliyini qəbul etmirik. Müsəlmanlar arasında olan münafiqlər dirəniş cəbhəsini məğlub etməyə çalışırlar”.(axar.az)