adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Fevral 2018 17:44
9954
GÜNDƏM
A- A+

“Mən belə gəncləri dövlətimizin sütunları adlandırıram”

"Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən və Aprel döyüşlərində öz adını qəhrəmanlıqla yazmış Azərbaycan gəncliyi ilə fəxr edirəm. Onların hər biri bizim qəhrəman gənclərimizdir. Şəhid olan gənclərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıram”.


Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Adil Əliyev 2 fevral Gənclər günü ilə bağlı açıqlamasında belə deyib.

"Təkcə, bu gün gənclərin günü deyil, həm də özünü gənc hesab edən və onların dostu olanların günüdür. Təsadüfi deyil ki, ölkə rəhbəri gəncləri özünə dost hesab edir və onları daim diqqətdə saxlayır. Azərbaycan gəncliyi öz savadı və dünyagörüşü ilə ölkəmizin siyasi-ictimai və mədəni-sosial həyatında xüsusi rol oynayır. Dünyanın müxtəlif yerlərində yaşayan və təhsil alan gənclərimiz ölkə həqiqətlərinin çatdırımasında fəallıq göstərməklə yanaşı, erməni lobbisi və onların havadları ilə öz ağıllı məntiqləri, əsaslı faktlarla mübarizə aparırlar. Bu gənclərin əməyini görməmək mümkün deyil. Mən belə gəncləri dövlətimizin və gələcəyimizin sütunları adlandırardım. Bir daha gənclərimizi təbrik edirəm. Onlara gözəl həyat arzulayıram”, - Adil Əliyev vurğulayıb.