adalet.az header logo
  • Bakı 18°C
02 Fevral 2018 17:24
11229
DÜNYA
A- A+

Kadırov hicabsız qadınlardan danışdı: Onlar...

Bəzi qadınlar hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər.

Adalet.az-ın məlumatına görə, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov 1 fevral - Beynəlxalq Hicab Günü ilə əlaqədar deyib.

R.Kadırov hicabın müsəlmanlar üçün möminlik və ədəblilik rəmzi olduğunu bildirib: "Mənim ailəmdə bütün qadınlar hicab geyinir. Bu onların seçimi idi, heç kim onları məcbur etməyib".

Çeçenistan rəhbəri qeyd edib ki, bütün dinlərdə - İslamda, xristianlıqda, iudaizmdə qadının başını bağlaması bildirilir:

"Lakin mən elə qadınlar tanıyıram ki, hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər".(trend)