adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Fevral 2018 10:20
14984
MƏMLƏKƏT
A- A+

Əlaqələr genişlənir

Sərraf Orucov Ukraynanın I dərəcəli"Ənənələrə sədaqətə görə” və "İgidlik və şərəf ulduzu” ordenləri ilə təltif olunub

Yanvarın 27-28-də Ukraynanın Kiyev şəhərində Beynəlxalq Qramaski Təşkilatının və "Zaparoji Kazakları”nın (BGT ZK) Ali Məclisinin Konfansı keçirilib.

Konfransda Ukraynanın bütün vilayətlərindən, Polşadan, Yuqoslaviyadan Azərbaycandan və başqa xarici ölkələrdən gəlmiş 120 nəfər ehtiyatda olan marşallar, generallar, admirallar, Kazak qardaşlarının atamanları, veteran təkilatlarının rəhbərləri və din xadimləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Beynəlxalq Qramaski Təşkilatının və "Zaparoji Kazakları”nın Ali Məclisinin Getmanı, dünyada məhşur olan Kazak marşalı Saqaydak Dimitri İvanoviç qonaqları konfrans iştirakçılarına təqdim etdi. Sonra geniş məruzə ilə çıxış edərək 2018–ci ildə görüləcək tədbirlər planı haqında iştirakçılara ətraflı məlumat verdi.

Tədbirdə Beynəlxalq Qramaski Təşkilatının və "Zaparoji Kazakları”nın Baş Qərargahının rəisi Kazak marşalı Petro Çuvasv təkilatın 2017–ci il ərzində görülmüş işlər haqqında geniş hesabatla çıxış etdi. Ukrayna DİN Beynəlxalq «Vətənpərvərlər Birliyi» Assosiyasının Prezidenti Kazak general-mayoru Kolisnik Mikola Qirqoreviç rəhbərlik etdiyi Assosiyasının "Zaparoji Kazakları”- Qardaşları ilə birgə əməkdaşlıq etməsindən və bunu gələcəkdə davam etməsi planından danşdı.

Beynəlxalq Qramaski Təşkilatının və "Zaparoji Kazakları”nın Getmanının, Azərbaycan üzrə nümayəndəsi Kazak marşalı Üzeyir Vahabov 15–23 dekabr 2017–ci ildə Azərbaycanda işgüzar səfərdə olarkən ictimayyətlə keşirtdiyi görüşlər barəsində ətraflı məlumat verdi. O, bildirdi ki, Azərbaycanda 250 mindən artıq rus, ukraynalı, belorus, moldvan və başqa xalqların nümayəndələri yaşayır. Bu vətəndaşlar Azərbaycan dövlətinin daimi diqqət və qayğısı altında olaraq Azərbaycan xalqı ilə birgə mehriban yaşaırlar. Onların arasında 1600 Kazak qardaşlarından ibarət "Azərbaycanda Kazak Həmyerlilləri” təşkilatında fəaliyyət göstərir.

Sərraf Orucov "Beynəlxalq sülh və xalqlar dostluğu” Fondununa təşkilat komitəsinin sədr müavini seçilib. Ona eyni zamndaBeynəlxalq sülhməramlı kontingentin general-mayor rütbəsi verilmiş və Beynəlxalq Qramaski Təşkilatının və "Zaparoji Kazakları”nın Ali Məclisinin Getmanının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi təyin edilib.

Ukraynalılar və Kazak Həmyerlilləri Azərbaycana olan sevgisini nümayiş etdirərək könüllü olaraq, Azərbaycanın Milli Ordusunda xidmət edərək Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 2 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər. Lənkaran şəhərində Kazak qardaşlıqlarının xatirəsinə abidə ucaldılmışdır.

Daha sonra söz Azərbaycandan konfransa qonaq qismində dəvət olunmuş, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucova verildi.

Sərraf Orucov çıxış etməmişdən öncə iştirakçıları Azərbaycan xalqı və veteran təkilatları adından salamladı. Çıxışında bildirdi ki, 1988-1993 və 2016-cı illər ərzində Ermənistan silahlı qüvvələri və onlara himayədarlıq edən dövlətlərin hərbi təcavüzü nəticəsində 1 miliyondan çox adam (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir. Ermənistanda yaşayan 300 min nəfərə yaxın azərbaycanlı öz doğma yurdlarından son nəfərədək zorla qovulmuşdur. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkün həyatı yaşayır. Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək amansız işgəncələrə məruz qalmışlar. Onların taleyi bu günədək məlum deyil.

26 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükə altındadırlar. Güllə, mərmi atəşləri altında qorxulu, həyacanlı günlər yaşayarlar, dinc əhalimiz hər gün şəhid verir. Bu gün erməni işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının beynəlxalq hüquq norma və qanunlara zidd olaraq Ermənistan tərəfindən qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması və özgəninkiləşdirilməsi, şəhər və kəndlərin, yaşayış məskənlərinin və tarixi abidələrimizin adları dəyişdirilərək guya bu ərazilərin Ermənilərə məxsus olduğu haqqında yalanlar uydurulur.

Bu gün dünya dövlətləri və xalqları arasında Azərbaycan dövləti və xalqı kimi eyni oxşar probləmlə üzləşərək çox saylı qırğınlarla münaqişəyə məruz qalmış dövlətlərdən biri də, Azərbaycan xalqına dost dövlət sayılan Ukrayna dövləti və xalqıdır. Bu gün rəsmi statistik məlumata əsasən, Ukraynada 500 mindən çox azərbaycanlı soydaşlarımız yaşayır.

Avropaya inteqrasiya edən ən böyük dovlətlərdən biri sayılan və Avropa, MDB dövlətlərinin maraq mərkəzində olan Ukraynanıncənub-şərqində yerləşən Donetsk və Luqansk regionlarında Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında 2014-cü ilin aprel ayında baş verən və bu gündə davam edən Donbass müharibəsi nəticəsində şəhər və qəsəbələrə bombalar yağdırılaraq dağıdımışdır. 10 minlərlə Ukrayna vətəndaşı öz doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, 20 min nəfər Ukrayna vətəndaşı həlak olmuş, minlərlə mülki vətəndaşlar yaralanaraq əlil olmuşdur. Ən faciəlisi budur ki, eyni dindən olan və vaxtı ilə hər il 15 fevral tarixində Əfqanstandan Sovet qoşunlarının çıxmasını günü münasibəti ilə Krım,Donetsk və Luqanskvə başqa regionlardan paytaxt Kiyev şəhərinə gələrək döyüş yoldaşı kimi bir-biri ilə həmin tarixi günü qeyd edən Əfqanstan veteranları bu gün biri-biri ilə üzbə-üz dayanaraq döyüşürlər. Donbasda gedən hərbi münaqişədə həlak olanların arasında 220 nəfərdən artıq keçmiş Əfqanstan veteranları vardır. Bir o qədərdə o biri tərəfdə həlak olanlar vardır. Bu gündə Donbasda, dugər şəhər və qəsəbələrdə bombalar yağdırılır, hər gün günahsız dinc əhali qırılır və əhali hər gün güllə, mərmi altında qorxu həyacanlı günlər yaşayır, bəzən həlak olurlar.

Ukraynaya səfər çərçivəsində Kiyev, Xarkov, Xmelinsk, Cerkavsk və Luqansk vilayətlərində fəaliyyət gostərən Əfqanstan veteran təklatlarının rəhbərləri və nüfuzlu müharibə veternları ilə görüşlər keşirmişik. Onların Donbasda gedən hərbi münaqişələrə görə çox narahat olduqlarının şahidi olmuşuq.

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun üzvləri müharibələrin törətdiyi acı fəsadlarının canlı iştirakçıları və şahidləri kimi Ukrayna Əfqanstan Veteranları Birliyinin sədri, Ukraynanın Qəhramanı genral-leytenant Çervonopiskiy Serqey Vasiliyeviçin Donbasda hər iki tərəfdə doyüşən Əfqansdan müharibəsinin veteranlarına və hərbi quluqçulara etdiyi müraciətinə və döyüş bölgəsində Əfqanstan döyüşçülərindən ibarət Sülhməramlı kontingentin yaradılması təklilfinə dəstək verək. Ona görə də, Azərbaycanda, Ukraynada və Rusiyada fəaliyyət göstərən müharibə veteranları, ehtiyatda olan marşallar, generallar, admirallar və Kazak qardaşllıq təkilatları ilə əməkdaşlıq edərək Azərbaycan və Ukrayna dövlətlərində yaranmış hərbi münaqişələrin dayandırılmasına və məsələnin sülh yolu ilə həll edilməsinə çalışmalıyıq. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ukraynada Donbasda və digər bölgələrdə gedən müharibəyə həsr olunmuş dəyirmi masalar və digər kütləvi tədbirləri Azərbaycanda, Ukraynada, Rusiyada və başqa xarici dövlətlərdə keçirərək əsil həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıyıq.

Sərraf Orucov çıxışının sonunda yığıncaq iştirakşilarından, münaqişə və müharibə gedən ölkələrdə ayrı-ayrı xalqlar arasında hər iki tərəfdən gələcəkdə insan itkilərinin qarşısının alınmasının və münaqişələrin sülh yolu ilə nizamlanmasına dəstək vermək məqsədi ilə sülh məramlı "Beyəlxalq sülh və xalqlar dostluğu” Fondunun yaradlmasini təklif etdi.

Konfransda Belotserkovski və Boguslavskiy şəhərlərinin ilahiyyatçısı, Silahlı Qüvvələr və Ukraynanın digər hərbi qurumları ilə qarşılıqlı əlaqələndirmək üçün UOK-nın Sinodal şöbəsinin sədri, UOK-un Sinodal Teoloji-Qanun Komissiyasının sədri Avqustin Markeviç də çıxış etdi. O, xususu ilə vurğuladı kı, Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənir: Tam qətiyyətlə deyə bilərik ki, bugünkü mənada beynəlxalq standartlara cavab verən tolerantlıq Azərbaycanda məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur.«Azərbaycan çoxmillətli bir dövlətdir.Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir».

Avropanın göbəyində yerləşən bəzi ölkələr dini dözümsüzlükdən əziyyət çəkdikləri halda biz Azərbaycanda yəhudilər, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və sıx əməkdaşlığın daha da möhkəmləndiyini görürük.Bu tolerantlıq, dinlərarası dialoq və əməkdaşlıq mərhum Heydər Əliyevin düzgün və ədalətli siyasəti sayəsində bərqərar olmuşdur, bugündə bu dinlər arası siyasət Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.

Avqustin Markeviç çıxışınında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi nəticəsində çoxsaylı insan ölümünün olmasından təsüfləndiyinin bildirərək həlak olanlara Allahdan rəhmət dilədi. O, çıxışının sonunda Sərraf Orucovun Ukrayna, Azərbaycan, Rusiya və başqa xalqlarının dostuq əllaqələrinin inkişaf edirilməsi və hərbi münaqişələr nəticəsində minlərlə insanin ölümünün qarşısını alaraq sülh məramlı məqsədlə yarananacaq "Beynəlxalq sülh və xalqlar dostluğu” Fondunun yaradılıması təkilifini müsbət qiymətləndirərək dəsdəklədiyini bildirdi.

Fondunun yaradlıması təkilifi konfrans iştirakçıları tərəfidən müsbət qiymətləndirərək təsis edildi. Beynəlxalq Qramaski Təşkilatının və "Zaparoji Kazakları”nın Ali Məclisinin Getmanı, Kazak marşalı Dimitri Saqaydak Fondun yaranması üçün təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Orucov isə təşkilat komitəsinin sədr müavini seçildi.

Konfransın sonunda Sərraf Orucova Beynəlxalq Qramaski Təşkilatının və "Zaparoji Kazakları”nın Ali Məclisinin qərarı ilə, Ukrayna — Azərbaycan xalqlarının dostluq əlaqələrinin inkişaf edirilməsi və hərbi münaqişələr nəticəsində minlərlə insanın olümünün qarşısını alaraq sülh məramlı xidmətlərinə görə, Ukraynanın I dərəcəli«За верность традициям»("Ənənələrə sədaqətə görə”) və Ukrayna DİN Beynəlxalq «Vətənpərvərlər Birliyi» Assosasiyasının I dərəcəli«Звезда за доблесть и честь»("İgidlik və şərəf ulduzu”) ordenləri ilə təltif olunmuşdur. Eyni zamanda, Sərraf Orucova Beynəlxalq sülhməramlı kontingentin general-mayor rütbəsi verilmiş və Beynəlxalq Qramaski Təşkilatının və "Zaparoji Kazakları”nın Ali Məclisinin Getmanının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi təyin edilmişdir.

Sərraf Orucov "Beynəlxalq sülh və xalqlar dostluğu” Fondununa təşkilat komitəsinin sədr müavini seçilib. Eyni zamnda Beynəlxalq sülhməramlı kontingentin general-mayor rütbəsi verilmiş və Beynəlxalq Qramaski Təşkilatının və "Zaparoji Kazakları”nın Ali Məclisinin Getmanının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi təyin edilib.