Bizimkilər niyə dəyişmirlər?

ZÜLEYXA NADİR
204234 | 2018-02-02 14:25

Bəşər yaranandan xalqlar bir-birindən çox sahələrdəfərqləniblər. Bu fərqlilik tarix boyu onları müşaiyət edərək hər millətin "boyuna, çəkisinə və yerinə” görəqəlibə salınıb. "Avropa mədəniyyəti”, "Şərq mədəniyyəti” adı etalon kimi götürülüb, eləcə də "qərbli”, "şərqli”anlayişları xüsusi əhəmiyyət kəsb edib.

Yüz illərboyu bu anlayışları özündə saxlayan qəlibiniçində formalaşan mədəniyyətlər bu gün özünü daha fərqli rakursdan göstərməyəbaşlayıb.Nə yazıq ki, bu fərqi anlamayan, kor-korana onu təqlid edənlərarasında azərbaycanlılar da var. "Avropa mədəniyyəti”nə vurğun olan həmin insanlarona aludə olmaqdan fəxr duyurlar. Guyaki, qərb mədəniyyətini özündə əks etdirən avropalının üstünlükləri çoxdu, şərq mədəniyyəti geridə qalıb, özündəheç bir qloballaşmanı əks etdirmir, şərqli insanlar tərəqqi edə bilmirlər, bu ərazidəyerləşən dövlətlər inkişafda ləngdirlərvə s.

Zaman dəyişdi, amma bizimkilər dəyişmədilər ki, dəyişmədilər."Bizimkilər” deyəndə millətinə yuxarıdanaşağı baxan, dilini, dinini, mədəniyyətini aşağılayan, özünü hamıdan ağıllı,savadlı sayan, dünyagörüşünün başqalarından çox olduğunu hesab edən azərbaycanlılarınəzərdə tuturam. Çoxdu beləsi, onlarla hərgün, hər saat, hər həftərastlaşırıq, görüşürük, danışırıq. Bu adamlar nədənavropanın ətəyindən yapışıblar? Şərq mədəniyyətini, Azərbaycanın milli dəyərlərininiyə bəyənmirlər?

Şərq mədəniyyəti dünyaya meydan oxuyanda, türk əxlaqıdünya sivilizasiyasına hökmranlıq edəndəqərb hələ yeni-yeni formalaşmağa başlayırdı. Şərq elmi və mədəniyyəti, iqtisadiyyatı və siyasəti şərqinözü boyda olanda qərb ona tərəf boylanıbnəyisə öyrənməyə cəhd edirdi. Şərq mədəniyyətiformalaşanda qərb həmin mədəniyyətinmahiyyətini anlamağa çalışırdı. Şərqmusiqisi, rəssamlığı, ədəbiyyatı doğan günəşin zərrin şəfəqləri altında dünya sivilizasiyasınınüst qatında yer tutanda,coğrafi şəraitisərt olan qərbdə günəşin istisi hissolunmurdu. Şərq mədəniyyətinin mahiyyəti, əsas prinsipləri xüsusi harmoniya vəahəng qanunu ilə meydana gələndə qərb bunlardan xəbərsiz idi.Zaman-zaman şərqin bir qüdrəti olubki, qərb bu qüdrətin kölgəsində qalıb. Tarix boyu qərb nəhəng şərqə qısqanclıqla yanaşıb. İndi dəbelədivə bu hər gün aşkar şəkildə görünür.Əsrlər boyu Şərq mədəniyyəti, əxlaqı vədünyagörüşü bəşəriyyətin aparıcı qüvvəsi olub.

Bütün bu sadaladıqlarım MƏDƏNİYYƏTdi, ƏXLAQdı.Şərqinbir parçası olan gözəlim məmləkətim – Azərbaycanım da bu mədəniyyəti, bu əxlaqı min illərdi özündədaşıyır. Bunları görməyənlər, yaxud dagörmək istəməyənlər əslində mədəniyyətin, əxlaqın nə olduğunu bilmirlər. Elə bilirlər ki, mədəniyyət ən sondəbdə geyinmək, bir-iki xarici dil bilmək və bir-iki ölkəyə gedib alver etməkdir.Elə bilirlər ki, əxlaq hansisa biravropalının davranışını götürmək, yerişini yeriməkdi. Mədəniyyət çox böyük sərvətdi,çox gözəl bilikləri özündə toplayan vərdişdi,tərbiyədi, mənəvi sərvətdi.

Azərbaycanlılartarix boyu by sərvəti özlərindən sonrakı nəslə ötürməyə çalışıblar. Ammanə yazıqlar ki, bu gün onu özünə "ağır yük” hesab edənlər avropanın üzdə olan yüngül əxlaqını daşımağa üstünlükverirlər."Avropa mədəniyyəti”ni əlində bayraq edənlər sıradan adi insanlar olsanə var ki?! Bunun ağrılı tərəfi odur ki, bəziziyalılar "Avropa... Avropa” deyərək bağırırlar. "Vəhşi şərq”, "vəhşi müsəlman” ideyaları iləsilahlanıb qərbin ucuz dəyərlərini gənclərə, yeniyetmələrə sırımağa cəhd edirlər. Doğulduğu torpağın, havasınıudub, suyunu içdiyi vətənin mənəvi dəyərlərinə, milli ənənələrinə, tarixi köklərinə yuxarıdan aşağı baxırlar.

Avropa ölkələrindətəhsil alanları, yaxud işləyənləri müəyyənbir məqamda anlamaq olar. Bəlkə orda hansısaüstün dəyərləri görüb Azərbaycanda da olmasının tərəfdarı qismindədanışırlar. Amma Biləcəridən o yana getməyənlərin " hər şey Avropada gözəldi, burda əxlaq, mədəniyyət yoxdu, insanlar tərbiyəsizdi” deməsinianlamaq çox çətindi. Hansısa bir neqativhərəkəti görən kimi əks fikir bildirir, xarici ölkələrə istinad edirlər ki, məsələn,Avropada, Amerikada, lap elə Rusiyada, Ukraynada hər şey gözəldi, insanlıqucada, əxlaq yüksək səviyyədə, etik çərçivə yerindədi.

Dünyanın hər yerində hər gün qanlı cinayətlər baş verir, yüzlərləinsan qatil olur. Heç bir dövlət bu cürneqativ hallardan sığortalanmayıb. O da ki, ola dünyanın bu günkü qarmaqarışıqbir çağında -istər avropalı, istərsə də azərbaycanlı olsun - xislətində cinayətə, əxlaqdan kənar hərəkətə meyl varsabu, bir gün özünü bir şəkildə büruzə verəcək.Əgər bu gün Azərbaycanda ailə münaqişələri baş verirsə, Avropada, Amerikada, qərbdədə eyni hal təkrarlanır. Avropada da qəddarlıq, quldurluq var, müsəlman dövlətlərindədə baş verir. Avropada da qızları zorlayirlar, şərqdə də azyaşlıları ərə verirlər.

"Qərb daha mədənidi” deməklə qərbli olmaq olmaz.Avropalını yamsılamaqla nəyəsə nail olmaq mümkün deyil. Əksinə bu, təhlükəlidi,səhv yoldu. Soyuqqanlı avropalı nə zamandan istiqanlı, romantik ruhlu, qəlbisevgi ilə dolu olan azərbaycanlıdanüstün olub? Azərbaycanlının insani keyfiyyəti Şərq ruhundan doğur. Qərbliisə xristian dəyərlərinə söykənir. Müsəlmana əxlaqsız, mədəniyyətsiz deyən darçərçivəlilər xristian dünyasının dayazruhunu görmürlərmi?

Azərbaycan ziyalısının borcu, daha doğrusu, missiyası öz millətinin,xalqının mədəni potensialını qorumaq, mənəvi dəyərlərini ucada tutmaqdı. Amma "ağzınınkəndiri boş olanlara” dəstək vermək çox böyük mədəniyyətsizlikdi. Bilməklazımdır ki, belə mədəniyyətsizlik Azərbaycanbir yana, heç Avropada da qəbul olunmur.Avropa mədəniyyətindən, qərb əxlaqındandəm vuranlar bilməlidirlər ki, Azərbaycan və azərbaycanlılar unikal birmədəniyyətə malikdirlər. Bu torpaq yüzillərlə, min illərlə şərq, qərb, yəhudi,xristian, zərdüştlük, islam mədəniyyətlərini birləşdirərək inkişaf modeliniyaradıb. Bu, təkcə fərqli model deyil, həm də çox böyük xəzinədi, bitib-tükənməyənsərvətdi.Bu xəzinəni qorumaq lazımdı, mədəni sərvətimizi beş-on adamınavropa heyranlığına, qərb sevgisinəqurban vermək olmaz.

Xaricdə mədəniyyət axtaran daxili mədəniyyətsizlərinyolunu kəsmək lazımdı.


TƏQVİM / ARXİV