FAİQ QİSMƏTOĞLU: HƏRF

FAİQ QİSMƏTOĞLU
56558 | 2018-02-02 13:10

...Biz bir-birimizi daha çox "hərifləmək" istəyirik. Özü də o adamları"hərifləmək" istəyirik ki, onlar bizi bir o qədər də avam adamsaymırlar. Amma biz heç də bu yazımızda kimlərinsə bir-birini "hərifləmə"sindəndanışmaq istəmirik. Mövzumuz tamamilə bambaşqadı...

Hamımızorta məktəbə də getmişik, bir çoxlarımız ali məktəbi də oxuyub diplom almışıq vəmüəyyən ixtisaslara yiyələnmişik. Və orta məktəbdə oxuyanda bütün nitq hissələrininAzəbaycan dili dərsliyində təriflərini bizə öyrədirdilər. Yəni nitq hissələrindənbiri, məsələn, isim haqqında danışanda öncə müəllimlərimiz onun tərifini bizəöyrədərdilər və tələb edərdilər ki, hər bir nitq hissəsinin tərifini bilək. Təbiiki, orta məktəbdə oxuyan hər bir şagird o nitq hissələrinin hamısının tərifinibilməmiş deyil.

Məndə orta məktəbi, yekəlik olmasın, çox yaxşı oxuyurdum. Və demək olar ki, dərsləriminhamısından "beş" alırdım. Atam rəhmətlik o vaxtlar Horadiz şəhərindəkipambıqtəmizləmə zavodunda baş əmtəəşünas (tovorovet) işləyirdi. Həmin zavodunda direktoru o vaxtlar Azərbaycanın ən hündür adamı olan Tiflis Ağayev idi.

Bunuqoyum o məsələyə keçim. Bir dəfə Yüngül Sənaye Nazirliyində pambıq zavodlarınındirektorlarının iştirakıyla müşavirə keçirilirmiş. Orda da Tiflis Ağayev orta cərgədəəyləşibmiş. Təzə nazir onu tanımırmış. Salona girir, Rəyasət Heyətində əyləşirvə görür ki, ortada bir adam var və hamıdan çox hündürdü. Elə bilir ki, Tiflismüəllim ayaq üstə durub. Nazir üzünü ona tutub deyir:

-Ay yoldaş, əyləşin, iclasımıza başlayaq!

TiflisAğayev ayağa qalxaraq:

-Hörmətli nazir, məni deyirsiniz?!

Nazirgörür ki, o ayağa qalxandan sonra az qala başı tavana dəyir. Təəccüblənir vədillənir:

-Ay yoldaş, əyləşin, əyləşin!

TiflisAğayev də əyləşir, sonra nazir onunla çox səmimi söhbət edir və görür ki,doğrudan da zavodun direktoru Azərbaycanın ən hündür adamıdı. Və onunla uzunmüddət dostluq eləyir...

Sözümüncanı odur ki, həmin dövrdə mən də atama kömək məqsədilə pambıq zavoduna gedərdim.Oraya müxtəlif kolxozlardan və sovxozlardan yük maşınıyla, lafetlərlə pambıqdaşınardı. Pambığı da atam rəhmətlik qapanda çəkəndən sonra kənddən gələn kolxozçular maşını, lafetipambıq tayasının yanına sürər və sonra həmin pambıq lafetdən, maşındakı meşoxlardan, bardenlərdənboşaldılardı. İki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın kolxoz sədriolduğu Araytılı kəndindən pambıq gətirib tayaya boşaldan bir kişi məni çox istəyirdi. O, kolxozçu olmağına baxmayaraq, çox savadlıadamıydı. Hər dəfə mənə müxtəlif fənlərdən suallar verərdi və cavablarım da onurazı salardı. Deyərdi ki, halal olsun sənin dədənə ki, belə savadlı uşağı var.Görürəm dərslərindən "beş" alırsan. Sənə bir sual verəcəm, onu bilsəntay sözüm yoxdu. Bu sualı çox adama vermişəm, onlar da dərslərindən"beş" alıblar, cavabını bilməyiblər. İndi de görüm, hərf nəyədeyilir? Ha hıqqındım, ha fikirləşdim, cavablarım onu qane etmədi. Kişi dediki, az-çox yaxınlaşırsan. Ancaq dəqiq tərifini deyə bilmirsən. Mən sənə deyirəm,yaxşı-yaxşı yadında saxla. Bunun tərifini sənə nə orta məktəbdə deyəcəklər, nədə gələcəkdə qismət olsa, ali məktəbə girsən, orda söyləyəcəklər.

Doğrudan da həminsualın cavabını nə mənə orta məktəbdə dedilər, nə də ali məktəbdə. Hətta osualı bir dəfə bizə dərs deyən elmlər doktoruna verdim. O da bundan bərk əsəbləşibbaşıma olmazın oyununu açdı. Hətta az qala məni universitetdən qovdurmaq istəyirdi.Nə yaxşı ədalətli və vicdanlı insanlar mənə arxa durdular və kömək göstərdilər.Yoxsa o müəllimin insafına qalsaydı, mən bu "qəliz" suala görə çoxdanuniversitetdən qovulmuşdum...

... Kolxozçukişi bir də diqqətlə mənə baxdı və dedi:

- Səsin yazılı şəklinəhərf deyilir!

... Düz 45 ilbundan əvvəl deyilmiş bu tərif mənim yaddaşıma adım qədər möhkəm həkk olunub.Sonradan da orta məktəb dərsliklərinə bir daha baxdım, vərəqlədim, orda bütünnitq hissələrinin tərifini görsəm də, hərf haqqında tərifə rast gəlmədim. Həttanəvələrimin ikisinin də dərsliyinə birdaha nəzər yetirdim və orda da bu təriflə üzləşmədim.

Bir neçə yaxındostuma bu yaxınlarda yenə hərfin tərifiylə bağlı sual ünvanladım. Onlar da elə-beləadam deyildi. Yəni savadlı insanlardı. Hətta ikisi filologiya elmləri namizədidi.Soruşdum ki, qardaşlar, hərf nəyə deyilir? Susdular. Dedilər ki, müəllim, çoxmaraqlı sualdı. Amma vicdanınız haqqı, bu sualın cavabını dəqiq bilmirik. Bəlkəsən deyəsən, biz də bilək. Təbii ki, mən də bir zamanlar bilmədiyimi onlarındiqqətinə çatdırdım. Onun tərifini mənəFüzuli rayonunun Sovet dönəmində "1 May" kolxozunda kolxozçuişləyən bir kişi deyib və mən də onu yadımda saxlamışam. Amma nə orta məktəbdə,nə də universitetdə onun tərifini bizə kimsə deməyib. Dilim dinc durmayıb bir dəfəmüəllimimizdən soruşdum. O da mənə elə əzab verdi ki, buna görə cəhənnəmi görübqayıtdım...

.. Bir neçəjurnalist dostumdan da o tərifi soruşdum, onlardan da kimsə dəqiq cavab vermədi.Və çiyinlərini çəkib "bilmirəm" dedilər. Bir neçə gün bundan əvvəlsəişə gələndə redaksiyamızın gənc və istedadlı yazarlarından biri Emin Akifdənbelə bir mövzuda yazı qələm almaq istədiyimi bildirdim. Dedim oğul, sən dəsavadlı bir gəncsən. Deyə bilərsən hərf nəyə deyilir? Emin güldü və dilləndi:

- Faiq müəllim,çox maraqlı sualdı, dəqiq deyə bilmərəm. Amma qoy görüm dostlarımdan kimlər busuala cavab tapa bilər.

Bu sözləri deyibEmin Akif internetdə dostlarına müraciət elədi. Amma bir neçə dəqiqədən sonradostlarından biri sualın 99 faiz cavabını tapdı.

Burda qəribə heçbir şey yoxdu. Çünki biz çox mürəkkəb sualların cavablarını asanlıqla tapırıq.Amma belə sadə suallarınsa cavablarını həmdərsliklərdə, həm də digər elmi ədəbiyyatlarda tapmaq müşkül məsələyə çevrilir.

Bir dəfə dəbizim tələbə dostlarımız universitetdə oxuyanda hamımıza qəribə bir sual verdi:

- Pişiyinbalasının adı necə adlanır?

Sözün düzü,üç-dörd gün biz hamımız bir-birimizə dəydik. Ancaq bu sualın cavabını tapa bilmədik.Amma uşaqlardan hansısa eləməyib tənbəllik, gedib Süleyman Rəhimovunromanlarının birində o adı tapmışdı. Və sabah sevinə-sevinə dostumuzauditoriyaya daxil oldu:

- Axır ki,tapdım. Pişiyin balasının adı Mavrıdı.

Biz də hamımızyığışıb ona yaxşı bir qonaqlıq verdik. İndimən də fikirləşirəm ki, heç o vaxt hərfin tərifini deyən kişiyə heç birşey vermədim, quru bir "sağ ol" da demədim. Amma düz eləməmişəm. Bu dəfə rayona gedəndə onu axtarıb tapacam. Sağdırsa,yaxşı bir qonaqlıq verəcəm. Rəhmətə gedibsə, mollanı aparıb məzarının üstündə"Yasin" oxutduracam...


TƏQVİM / ARXİV