adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Fevral 2018 12:45
10087
HADİSƏ
A- A+

Bakıdakı yanğında 10 nəfər xilas edilib - Yenilənib

Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən,Bakışəhəri, Nərimanov rayonunda çoxmərtəbəli binanın damında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.